ATU-nun Tədris Cərrahiyyə Klinikasında plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsi yaradıldı

  Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsi yaradılıb. Klinikanın III cərrahi xəstəliklər kafedrasının assenti, tibb üzrə fəlsəfə doktoru, Tədris Cərrahiyyə Klinikasının plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinin müdiri Mirsaleh Abdullayev bildirib ki, şöbədə ən müasir tipli estetik və rekonstruktiv cərrahi əməliyyatlar həyata keçirilir.

Şöbədə hazırda xarici mütəxəssislə yanaşı, yerli həkimlər də çalışır. Burada palatalar, sarğı otaqları tam müasir formada hazırlanıb. Şöbənin nəzdində 3 ədəd tək nəfərlik, 3 ədəd cütlü palata pasiyentlərin ixtiyarına verilib.

2 Aprel 2018
Bu mətn 934 dəfə oxunub