Yanğın təhlükəsizliyi qaydalarına dair tədbir keçirilib

  “Fövqəladə hallarda davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsi və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən təşkil olunan tədbir Azərbaycan Tibb Universitetində baş tutub.

Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin SOŞİPŞ-nin müdiri Əli Abbasov, 2-ci şöbənin məsləhətçisi Cahangir Şıxlınski, Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva və qurumun 150 müəssisəsinin müxtəlif vəzifələrdə çalışan 500-ə yaxın işçisi iştirak edib.

Tədbiri giriş sözü ilə açan Bakı Regional Mərkəzinin rəis müavini general-mayor Kamil Bağırov və mərkəzin əməkdaşları iştirakçılara müxtəlif fövqəladə hallarda davranış qaydaları haqqında məlumat verib.

Tədbirdə mövzu ilə bağlı videoroliklər nümayiş etdirilib, yanğınsöndürmə balonlarının növləri və onlardan necə istifadə etmək qaydaları əyani şəkildə göstərilib.

Anoloji tədbir bu gün İctimai Səhiyyə və İslahatlar mərkəzində təşkil olunub.

Tədbir iştirakçıların böyük marağına səbəb olub.

24 May 2018
Bu mətn 202 dəfə oxunub