EU4Digital elektron səhiyyə şəbəkəsi” seminarı keçirilib

  12-13.07.2018-ci il tarixində Gürcüstanın Batumi şəhərində elektron səhiyyə həsr olunmuş “EU4Digital elektron səhiyyə şəbəkəsi” seminarı keçirilib.

Seminarda 6 şərq dövlətlərindən (Azərbaycan, Ermənistan, Belarusiya, Ukrayna, Gürcüstan və Moldova) və 6 avropa ölkəsindən (Danimarka, Fransa, Almaniya, Portuqaliya, İspaniya və Niderland) ekspertləri iştirak edib.

Seminarda ölkəmizi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin Səhiyyədə informasiya siyasəti şöbəsinin müdiri Arzu Mirzəyev təmsil edib.

İştirakçılar seminar üzvlərinə öz ölkələri və orada elektron səhiyyə sahəsində görülün işlər barəsində geniş məlumat veriblər.

Seminarın 2-ci günü isə, əsas məqsəd olan, 6 şərq ölkəsi və avropa ittifaqı ölkələri arasında e-səhiyyə sektorunda məlumat mübadiləsinin təşkili istiqamətində görüləcək işlər müzakirə olub.

3 Avqust 2018
Bu mətn 251 dəfə oxunub