Həkimlərin Mərkəzləşdirilmiş İşə Qəbulu

  Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin mərkəzləşmiş işə qəbulu elektron qaydada aparılır.

Xidmətdən istifadə etmək üçün e-health.gov.az saytından qeydiyyatdan keçmək tələb olunur. Daha sonra təqdim olunmuş elektron xidmətlər bölməsindən "Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün müraciət və sənədlərin qəbulu" xidməti vasitəsilə elektron müraciət edə bilərsiniz.

28 Avqust 2018
Bu mətn 691 dəfə oxunub