ATU-nun Tədris Cərrahiyyə Klinikasında unikal əməliyyat həyata keçirilib (FOTO)

  ATU-nun Tədris Cərrahiyyə Klinikasında xəstənin çənə sümüyündəki defekt qalça damağından götürülmüş transplantatla aradan qaldırılıb. Əməliyyatın təfərrüatları haqqında Klinikanın Ağız və üz çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov məlumat verib.

M.Davudov bildirir ki, xəstə 6 il əvvəl ağız boşluğundakı törəmədən əməliyyat olunmuşdu. Əməliyyatdan sonra xəstə kompleks müalicə alsa da, onun ağzında yenidən şiş yaranıb. Bu dəfə xəstə Gürcüstan Respublikasında əməliyyat olunub. Əməliyyat zamanı xəstədə çənə ətraf yumşaq toxumalarla birgə geniş şəkildə götürülüb.

“Xəstə əməliyyatdan sonra əsasən ağızda və çənədə qalan estetik qüsurdan şikayət edirdi. Kompüter tomoqrafiyası nəticəsində 5 santimetrlik sümük defekti, yumşaq toxumalardakı batıqlıq aşkar olundu. Odur ki, çənə sümüyündəki defektin qalça damağından götürülmüş transplantat qraft vasitəsilə aradan qaldırılması planlaşdırdıq. Eyni zamanda yumşaq toxuma batıqlığını isə ayrı qalça nahiyəsində piy toxuması transplantatla aradan qaldırılmasını planlaşdırdıq. Əməliyyatımız icra olundu, hər iki defekt aradan qaldırıldı”.

M.Davudov bildirir ki, xəstə əməliyyatdan artıq 2 gün sonra ayağa qalxıb. İndi onun vəziyyəti yaxşı qiymətləndirilir.

3 Sentyabr 2018
Bu mətn 373 dəfə oxunub