Azərbaycan Respublikası Prezidenti Fərman imzalayıb

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 sentyabr 2018-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi ilə Serbiya Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Fərman imzalayıb. 2018-ci il mayın 21-də Bakı şəhərində imzalanan Anlaşma Memorandumunun təsdiqinə dair imzalanan Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Serbiya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında 2018-ci il mayın 21-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası Hökumətinə bildiriş göndərsin.

20 Sentyabr 2018
Bu mətn 508 dəfə oxunub