Səhiyyə naziri Oqtay Şirəliyev Astarada vətəndaşları qəbul edəcək

  Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 25 sentyabr 2018-ci il tarixində saat 11:00-da Astara Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları üçün qəbul edəcək.

Nazir Astara, Lerik, Lənkəran və Masallı rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Astara Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

24 Sentyabr 2018
Bu mətn 201 dəfə oxunub