Səhiyyə Nazirliyində Elmi –Tibbi Şuranın iclası keçirilib (FOTO)

  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi tibbi Şurasının 28 sentyabr 2018-ci il tarixli iclası keçirilib. Tədbirdə İcbari tibbi sığortanın tətbiqi barədə məsələlər müzakirə olunub.

Bundan başqa 2016-2020-ci illər üçün qan və onun konponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər proqramının həyata keçirilməsi barədə, hemofiliya xəstəliyi üzrə Tədbirlər proqramının həyata keçirilməsi barədə hesabatlar təqdim olunub.

İclasda həmçinin akkreditasiya ilə bağlı müraciətlərin müzakirə və təstiqi məsələsinə toxunulub. Akkreditasiya ilə bağlı təşkilatların müraciyətləri və qeydiyyatı barədə məlumat verilib.

1 Oktyabr 2018
Bu mətn 316 dəfə oxunub