ATU-da "IV Azərbaycan-Türkiyə ortaq hepatoloji kurs”u keçirilib

  Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında "IV Azərbaycan-Türkiyə ortaq hepatoloji kurs”u keçirilib.

Türkiyədən bir çox qastroenteroloji-hepatoloji uzmanın qatıldığı tədbirdə viral hepatitlər və qaraciyər transplantasiyası, hepatologiya ilə bağlı müxtəlif mövzulara dair müzakirələr aparılıb.

Tədbirin açılışında çıxış edən Türk Qaraciyər Vəqfinin rəhbəri prof.dr Yılmaz Çakaloğlu, bu kimi tədbirlərin keçirilməsi Azərbaycan və Türkiyənin tibb sahəsində münasibətlərinin inkişafına xidmət etdiyini bildirib.

Görüşdə bu kursların hər iki ölkənin tibb mütəxəssisləri üçün önəmindən danışılıb. Belə toplantıların ölkələr arasında təcrübə mübadiləsi və yeni biliklərin əldə olunması baxımından əhəmiyyətli olduğu qeyd edilib.

8 Oktyabr 2018
Bu mətn 319 dəfə oxunub