Ürək qüsuru uğurla əməliyyat edilib

  Azərbaycan Tibb Universitetində anadangəlmə ürək qüsuru olan körpə uğurla əməliyyat edilib. Əməliyyat, Daun sindromlu, ürəyində 2 ədəd qulaqcıqarası çəpər defekti, 1 ədəd geniş mədəcikarası çəpər defekti olan 10 aylıq 7 kq çəkisi olan körpə üzərində aparılıb.

Əməliyyatı icra edən ATU -nun Tədris Cərrahiyyə Klinikasının Uşaq Ürək Cərrahı Ramal Həsənov, uşağın medikamentoz müalicə ilə 10 aya qədər təqibdə saxlandıqdan sonra artıq ürək boşluqlarında genişlənmənin başlanması, təngənəfəslik və çəki ala bilməməsi səbəbindən əməliyyat qərarı verildiyini bildirib.

2 saat davam edən əməliyyat zamanı ürəyin sağ qulaqcığına və Aortaya yerləşdirilən pediatrik kanyullar vasitəsilə bədəndəki bütün venoz qan süni ürək-ağciyər aparatına verilib və oksigenlənmiş qan geri qaytarılıb.

Xəstə 1 gecə reanimasiyada, 3 gün palata şəraitində saxlandıqdan sonra evə buraxılıb.

22 Oktyabr 2018
Bu mətn 152 dəfə oxunub