Hər il dünyada 15 milyondan çox körpə vaxtından əvvəl doğulur

 Hamiləliyin 37 həftəsindən əvvəl dünyaya gələn körpələr vaxtından əvvəl doğulmuş olaraq qəbul edilir. Bu baxımdan Azərbaycanda da 2015 cil yanvar ayından diri doğulma meyarları dəyişib. 23 həftəsində doğulmuş körpələrə sağ qalma şansı verilərək, müvafiq tibbi müdaxilələr olunur , yaşaması zəminində addımlar atılır.

Doğuşun vaxtından əvvəl baş verməsi problem kimi, ilk dəfə 2008- ci ildə İtaliyada Avropa ailə təşkilatı tərəfindən qaldırılıb. Təşkilatın nümayəndələri ,cəmiyyətin bu problemə diqqətini artırmaq üçün, həmin ildən 17 noyabrı Ümumdünya vaxtından əvvəl doğulmuşlar günü olaraq qeyd etməyi irəli sürüb.

Lakin ilk dəfə 2009 cu ildə Vyana şəhərində professorlar Arnold Pollak və Angelika Berqer birlikdə işlədikləri tibb işciləri ilə il ərzində Vyanada doğulmuş 500 prematür körpənin şərəfinə 500 şarı eyni anda səmaya buraxmaq üçün toplanıblar.

2010-cu il 17 noyabrda bu marafona daha 12 Avropa ölkəsi qoşulub. 2011-ci ildən etibarən 17 noyabr “Ümumdünya vaxtından əvvəl (prematürlər) doğulmuşlar” günü olaraq bütün dünyada geniş miqyasda qeyd edilir.

Azərbaycanda rəsmi olaraq 2015 cı ildən 17 noyabr Dünya vaxtından əvvəl doğulmuşlar günü qeyd olunur. Bu münasibətlə K.Fərəcova adına Elmi-Tədqiqat və Pedriatriya İnstitutunda vaxtından əvvəl doğulan körpələrə hədiyyələr paylanılıb və havaya bugünə məxsus olan bənövşəyi şarlar buraxılıb.

20 Noyabr 2018
Bu mətn 104 dəfə oxunub