Vahid Qan Bankı sistemi

“Vahid Qan Bankı” sistemi donorların qeydiyyatının və onların qan analizinin alınması, müayinə və donorluq məlumatlarının, qan ehtiyatlarına nəzarətin elektronlaşdırılması üçün yaradılmışdır. Sistem aşağıdakı modullardan ibarətdir:

- Qeydiyyat modulu (donorun qeydiyyata alınması)
- Laboratoriya modulu (ilkin qan analizi)
- Həkim müayinəsi modulu (fiziki müayinələrin qeydiyyatı)
- Qan alma (donorun qan məlumatlarının daxil edilməsi)
- Qan istək (digər müəssisələrdən tələb olunan qan haqda məlumatlar)
- İstək qarşılama (qan tələb olunan müəssisəyə göndərişin daxil edilməsi)
- Depo əməliyyatları (bazada qalan qan ehtiyatı) kimi modullardan ibarətdir.

Sistem Mərkəzi Qan Bankının region üzrə bütün şöbələrinə quraşdırılacaqdır. Hazırda Qan Bankının Sumqayıt şöbəsində tətbiq edilmişdir. Layihə çərçivəsində MQB-nın Gəncə, Şəki, Mingəçevir, Şirvan, Bərdə, Quba, Lənkəran bölgələri də sistemə qoşulacaqdır.