Kadrların işinin avtomatlaşdırılması və təkmilləşdirilməsi

Ümumi məlumat

       Bu layihə çərçivəsində aşağıdakı sistemlər yaradılmışdır:
- Tibb İşçilərinin Vahid Registri
- Elektron Əmr
- Vakansiyalar
- Tibb işçilərinin sertifikasiyasını (test imtahanları)

Qeyd olunan sistemlər vahid bazada toplanmışdır, bir-biri ilə əlaqəli şəkildə işləyir və Səhiyyə Nazirliyinin kadr işini avtomatlaşdırır.
Sistemə daxil olmaq daha öncədən Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi (SİM) tərəfindən təyin edilmiş şifrə ilə mümkündür.


Tibb İşçilərinin Vahid Registri

    Vahid Elektron Registr vasitəsilə Səhiyyə Nazirliyinə birbaşa və bilavasitə tabe olan tibb müəssisələrinin tibb işçi heyəti (həkim və orta tibb işçiləri) vahid bazada toplanmışdır. Registrdə tibb işçiləri - həkim və orta tibb işçilərinə görə ayrılmışdır. Daxil edilən məlumatlara müəssisədə mövcud olan ştat vahidləri, həmin ştat vahidlərindən rüblük çıxarış, tibb işçisinin şəxsi məlumatları, təhsili haqqında məlumatlar, iş təcrübəsi (həmçinin daxil edilən müəssisədə iş fəaliyyəti), bu vaxta qədər keçdiyi kursları və sertifikatları, bildiyi dilləri qeyd olunur. Həmçinin kadrların şəxsi uçot vərəqəsini də buradan çap etmək olar.
    Daxil edilən hər bir tibb işçisinə sistem tərəfindən reyestr kodu verilir və bu kod unikallıq daşıyır. İşçi müəssisəsini dəyişdikdə, sertifikasiyadan keçdikdə, Səhiyyə Nazirliyinin Mərkəzləşdirilmiş imtahanlarında iştirak etdikdə bu kodun olması vacibdir. Bundan əlavə sistemin əhəmiyyəti ondan ibarətdir ki, Səhiyyə Nazirliyi tibb müəssisələrinin kadr prosesinə birbaşa özü elektron şəkildə nəzarət edir.


Elektron Əmr

    Elektron Əmr tibb müəssisəsinin tibb heyəti üçün verilən əmrlərin avtomatlaşdırılmasına xidmət edir. Sistemin yaradılmasına qədər qeyri elektron üsulla verilən əmrlər hazırda sadə informasiyaları daxil etməklə standart əmr formada yaradılır və həmin əmrləri çap edib sənəd formasına gətirməyə kömək edir. Kadr mütəxəssisi E-Əmr verdikdə işçi haqda məlumatlar avtomatik registrdə öz əksini tapır (məsələn, həkim işə qəbul olunduqda reyestrə avtomatik düşür və ya həmçinin işdən azad olunduqda və s.)


Vakansiyalar

    Vakansiyalar bölməsi ilə tibb müəssisələri mövcud olan vakansiyalarını elan verə bilərlər (Tibb Qəzeti). Prosesin gedişatında elektron registrdə göstərilən ştat vahidləri əsasında boş ştatlar modulda öz əksini tapır, elektron elan verilir və Səhiyyə Nazirliyinin kadr mütəxəssisləri elektronlaşdırılmış vakansiyaları elana qəbul edir.


Tibb işçilərinin sertifikasiyası

    Sertifikasiya - səhiyyə mütəxəssislərinə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün hüquq verən prosesdir. Tabeliyindən va müllkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə maşğul olan ali va orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya prosesi iki mərhələdə - test imtahanı va müsahibə formasında aparılır. 100 sualdan ibarət test imtahanı üç saat fasiləsiz olaraq keçirilir və səhv cavablar ümumi nəticəyə təsir göstərmir. Hər suala düzgün cavab bir balla qiymətləndirilir (cəmi 100 mümkün bal). 100 sualdan ən azı 60 suala düzgün cavab verən səhiyyə mütəxəssisləri ikinci mərhələyə - müsahibəyə buraxılır. Müsahibə hər bir səhiyyə mütəxəssisinin ixtisasına uyğun olaraq ixtisas Komissiyası tərəfindən aparılır.
   Sertifikasiya prosesi ilə bağlı keçirilən imtahanlarda könüllü surətdə iştirak etmak istəyən səhiyyə mütəxəssisləri Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasına müraciət edə bilərlər.
    Sertifikasidan keçən tibb işçilərinin nəticələrinə uyğun olaraq dəyişikliklər tibb işçilərinin vahid registrində öz əksini tapır.