Stasionlarların Fəaliyyətinə Elektron Nəzarət Sistemi (SFENS)

Ümumi məlumat

Sistem (SFENS) 2 moduldan ibarətdir:

1. Jurnal/Qeydiyyat modulu
2. AZS Forma 066 modulu
Jurnal/Qeydiyyat modulu

Stasionlarların Fəaliyyətinə Elektron Nəzarət Sistemini Jurnal/Qeydiyyat modulu stasionar xəstəxanalara müraciət edən xəstələrin qeydiyyata alınması (xəstəlik tarixinin açılması) üçün yaradılmışdır. Sistemin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, xəstələrin bütün respublika üzrə stasionarlara daxil olma müraciətləri vahid bazada toplanır və prosesə nəzarət edilir. Qeydiyyat modulunda xəstə qeydə alınan zaman onun aşağıdakı məlumatları daxil edilir:

- Xəstənin şəxsi məlumatları
- Daxil olma tarixi və saatı
- Müraciət etmə növü (hansı xəstəxanadan göndərilib, xəstə özü müraciət edib, qəza nəticəsində müraciət və s.)
- Daxil olma diaqnozu
- Hansı şöbəyə köçürülməsi

Müraciət edən xəstəyə SFENS kodu verilir, hansı ki, bu kod vasitəsilə xəstənin bütün sonrakı xəstəlik tarixçəsi sistemə daxil edilir.


AZS Forma 066 modulu

       Forma AZS 066 modulu stasionara daxil olan xəstənin Jurnal/Qeydiyyat modulunda daxil edilməsindən sonra xəstənin adına açılan tarixçəni sonadək bitirmək və 066 adlı stasionardan çıxış haqqında sənədi çap etmək üçündür. Bundan əlavə bu modul vasitəsi ilə 14 saylı hesabat formasının da çapı həyata keçirilir. Bununla da bütün respublika üzrə vətəndaşların hansı stasionar xəstəxanaya müraciət etməsindən asılı olmayaraq onların bütün tibbi məlumatları Səhiyyə Nazirliyinin vahid bazasında öz əksini tapır. Bu isə bütün xəstələrin xəstəlik tarixçələri ilə birlikdə bütünlüklə qetdiyyatı deməkdir. Modulda xəstənin hansı şöbələr üzrə müalicə olunması, cərrahiyyə əməliyyatları, son diaqnozu, onu müalicə edən həkimi və xəstəxanaya müraciət etmə və çıxış tarixi və s. bu kimi vacib məlumatlar öz əksini tapmışdır.

Hər iki moduldan istifadə etmək üçün müəssisəyə əvvəlcədən Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi (SİM) tərəfindən istifadəçi adı və şifrəsi verilir. Bütün daxil edilən tibbi məlumatlar, onların doğruluğu Səhiyyə Nazirliyi tərəfindən tam nəzarətdədir. Modullar respublikanın bütün stasionar fəaliyyət göstərən xəstəxanalarında hazırda online rejimdə istifadədir.