e-Səhiyyə

    Dünya Səhiyyə Təşkilatı tərəfindən Elektron səhiyyəyə tibb müəssisələrində informasiya və telekommunikasiya texnologiyalarının istifadə edilməsi kimi geniş təyin verilmişdir. Tibbi-sanitar xidmətinin ən dinamik inkişaf edən istiqaməti olaraq, elektron səhiyyə ölkələrin səhiyyə sistemində olan bərabərsizliyi aradan götürən amillərdən biridir. Elektron səhiyyə tibbi-sanitar xidmətin istiqamətlərini əhatə edir:  
  1. insanların məlumatlarının saxlanılmasını, işlənilməsini və ötürülməsini;
  2. müxtəlif kliniki, administrativ və maliyyə məlumatlarının idarə edilməsini;
  3. Diaqnostika və müalicə mexanizmlərinin tibb mütəxəssislərinə çatdırılmasını;
  4. Tibb işçiləri və tibb fakultələrinin tələbələri üçün fasiləsiz və interaktiv tibbi-sanitar kurslarınınin keçirilməsinin təmin edilməsini;
  5. Çətin biotibbi muayinələrinin keçirilməsi

Əsaslar

Elektron səhiyyənin əsasını səhiyyə müəssisələrində İKT texnologiyalarının istifadə olunması mexanizmləri təşkil edir. Bura, əlverişli elektron səhiyyə siyasəti, infrastrukturun əsaslanmış inkişafına diqqət, təminat və təchizat problemlərinə iqtisadı cəhətdən effektivli yanaşma, ölkənin məqsədlərinə uyğun düzgün məliyyələşdirilmə, uzunmüddətli partnerluğun yaradılması və səhiyyə mütəxəssislərinin tədrisi daxil olunurlar.