"Perinatal ölüm haqqında tibbi şəhadətnamə" nin elektron registrinin yaradılması




"Perinatal ölüm haqqında tibbi şəhadətnamə" nin (Forma AZS-106/2) elektron registrinin yaradılması

  “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron Xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarına uyğun olaraq “Perinatal ölüm haqqında tibbi şəhadətnamə”nin elektron registrinin yaradılması məqsədilə yeni proqram modulu yaradılmışdır. Bu məqsədlə respublika doğuşayardım və yenidoğulmuşun patologiyası şöbələri olan səhiyyə müəssisələrində perinatal ölüm halı zamanı məlumatlar “Vətəndaşların Elektron Sağlamlıq Kart Sistemi”nə (VESKS) daxil edildikdən sonra “Perinatal ölüm haqqında tibbi şəhadətnamə” (Forma AZS-106/2) VESKS vasitəsilə 3 nüsxədə çap edilərək, bir nüsxəsi həmin müəssisədə saxlanılmaqla, digər nüsxələrinin Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinə və ölmüş uşaöın valideyninə verilməsi təmin edilir. “Perinatal ölüm haqqında tibbi şəhadətnamə” (Forma AZS-106/2) 01 dekabr 2013-cü il tarixindən yalnız “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nin müvafiq proqram modulundan çap olunmuş formada qəbul ediləcək.



ƏMR № 132 (12.11.2013)