"Sürücülüyə yararlı olmaq barədə” Forma AZS-83 saylı tibbi arayışın elektron registri




"Sürücülüyə yararlı olmaq barədə” Forma AZS-83 saylı tibbi arayışın elektron registri"

  Səhiyyə Nazirliyinin yeni elektron xidmətlərinin səhiyyə müəssisələrində tətbiq edilməsi prosesinin davamı olaraq, "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 Noyabr tarixli 191 nömrəli qərarına əsasən tibbi arayışların verilməsi işinin təkmilləşdirilməsi məqsədilə “Sürücülüyə yararlı olmaq barədə” (Forma AZS-83) tibbi arayışın elektron registri yaradıldı. Müvafiq tibbi arayışın səhiyyə müəssisələrində tətbiqi 01 Yanvar 2014 tarixindən etibarən “Vətəndaşların Elektron Sağlamlıq Kart Sistemi”dən (VESKS) çap edilərək vətəndaşlara verilməsi ilə təmin ediləcəkdir.
Sistemin tətbiq olunacaq tibb müəssisələrində qurulması, təlimlərin müvafiq tibbi heyətə keçilməsi və texniki dəstəyinin göstərilməsi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi (SİM) tərəfindən göstərilir.


ƏMR № 143 (09.12.2013)

20 Dekabr 2013
Bu mətn 23620 dəfə oxunub