“Vahid Qan Bankı” sistemi üzrə təlimlər keçirildi

 “Vahid Qan Bankı” sistemi donorların qeydiyyatının və onların qan analizinin alınması,müayinə və donorluq məlumatlarının, qan ehtiyatlarına nəzarətin elektronlaşdırılması üçün yaradılmışdır.
Bununla bağlı 12 may 2014-cü il tarixində Mərkəzi Qan Bankının regional bölmələrinə “Vahid Qan Bankı Sistemi” proqram təminatı üzrə müvafiq tibbi heyətə təlimlər keçirilmişdir. Azərbaycan Respublikasının 7 regionu üzrə 31 müvafiq tibb heyətinin iştirak etdiyi treninqi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin Treninq və monitorinq bölməsinin müdiri Emin İsmayılov və həmin bölmənin operatoru Aynur Bağırova keçdi. Təlimin məqsədi Mərkəzi Qan Bankları üçün hazırlanan proqram təminatı modulunda yeni imkanların yaradılması ilə bağlı dəyişikliklərin istifadəçilər tərəfindən istifadəsidir.
Sistemin tətbiq olunacaq tibb müəssisələrində qurulması və texniki dəstəyinin göstərilməsi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi (SİM) tərəfindən göstərilir.

15 May 2014
Bu mətn 4789 dəfə oxunub