“3D” printerinin köməyi ilə yaradılmış çanaq-bud oynağı britaniyalı qadına implantasiya olunmuşdur

 “3D” printerinin köməyi ilə yaradılmış çanaq-bud oynağı britaniyalı qadına implantasiya olunmuşdur.


“Sky News” telekanalının məlumatına görə, böyük britaniyalı həkimlər “3D” printerinin köməyi ilə yaradılmış çanaq-bud oynağını 71 yaşlı qadına implantasiya edərək ona yenidən yerimək imkanı vermişlər. Köçürülmə əməliyyatı Böyük Britaniyanın cənubunda Sauthempton xəstəxanasında həyata keçirilmişdir.

Cərrah Duqlas Danlopun sözlərinə görə, oynağın fiksajı üçün pasiyentin sümük beyninin hüceyrələrindən hazırlanmış yapışqandan istifadə olunmuşdur.

Titan protez quraşdırılanadək britaniyalı qadın altı uğursuz əməliyyat keçirmişdir.

azertag.com

19 May 2014
Bu mətn 4196 dəfə oxunub