Alimlər yaraları sağaldan cihaz hazırlayıblar

  Böyük Britaniya alimləri əməliyyatdan sonra sağalmayan, yenidən açılan yaraları sağaldan və infeksiyaların qarşısını alan qeyri-adi PİCO adlı cihaz hazırlayıblar. Tozsoranı xatırladan cihaz qanın lazımi sahəyə axınını təmin edir.

Bu da öz növbəsində sağlam hüceyrələri gücləndirir. PİCO plastik boru, birdəfəlik istifadə üçün sarğı və batareyalı mobil cihazdır. Sarğının kənarlarında yaranı təcrid edən rezin qatı var və bir sarğıdan yalnız 1 həftə müddətində istifadə etmək olar.

Cihaz işə salındıqda yara zonasından havanı çəkir və nəticədə irin və maye yaradan çəkilir, yerinə isə qan işləyir. Cihazın effektivliliyi 263 xəstə üzərində sübut olunmuşdur. PİCO vasitəsilə sağalmayan yaralarda infeksiya və yaranın yenidən açılma ehtimalı 50 faiz azalmışdır.


sia.az

15 İyul 2014
Bu mətn 4628 dəfə oxunub