Stiven Xokinqə “ağıllı” əlil arabası hədiyyə edilib

 Məşhur nəzəriyyəçi fizik alim Stiven Xokinq onun üçün "Əşyaların interneti" layihəsinin iştirakçıları tərəfindən yaradılmış yeni əlil arabasına sahiblənib.

İstehsalçı və konstruktorlar əlil arabasına böyük sayda biometrik datçik quraşdırıblar, onlardan toplanan informasiya xüsusi quraşdırılmış ekranda göstərilir və alim bu ekrandan, həmçinin ətrafdakı insanlarla ünsiyyət qurmaq üçün istifadə edir.

Artıq Xokinq ekranda ürək döyüntüsü, arterial təzyiq və bədənin hərarəti kimi həyati əhəmiyyətli göstəriciləri izləyə bilər.

Bundan başqa, əlil arabası hərəkət marşrutları təyin edə, həmçinin əlil insanların hərəkəti üçün nəzərdə tutulmuş pandus və başqa qurğuların mövcudluğu haqda alimə məlumat verə bilir.

ictnews.az

17 Sentyabr 2014
Bu mətn 4456 dəfə oxunub