“Xəstələrin qəbulu və hospitalizasiyadan imtinanın qeydiyyatı jurnalı" modulu üzrə təlimlər keçirilir.

 Stasionar müalicəyə daxil olan xəstələrin qeydiyyatının təkmilləşdirilməsi məqsədilə 01 yanvar 2015-ci il tarixdən etibarən tibb müəssisəsinə müraciət edən vətəndaşların qeydiyyatının yalnız müvafiq olaraq “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nin “Xəstələrin qəbulu və hospitalizasiyadan imtinanın qeydiyyatı jurnalı" moduluna və “Nümunəvi Tibbi İnformasiya Sistemi”nə daxil edilməsi və gün ərzində daxil məlumatın çap edilərək arxivləşdirilməsi təmin edilməsi məqsədilə, 10 dekabr 2014-cü il tarixindən 25 dekabr 2014-cü il tarixinədək müvafiq tibbi heyətə təlimlər keçirilir. Təlimçilər: Aynur Bağırova və Leyla Cumayeva
Sistemin tətbiq olunacaq tibb müəssisələrində qurulması və texniki dəstəyinin göstərilməsi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi (SİM) tərəfindən göstərilir.

19 Dekabr 2014
Bu mətn 5673 dəfə oxunub