“Ağıllı” plastır klinikalarda böyükhəcmli texnikanı əvəz edəcək

 İsveçrə istehsalı olan “LifeWatch VSP” “ağıllı” plastırları ABŞ-ın Qida məhsulları və dərman keyfiyyətinə sanitar nəzarət idarəsi tərəfindən bəyənilib. Bu da yaxın zamanda onun Amerika bazarına təqdim edilməsinə imkan verir.

Bu, plastır şəklində olan qurğudur və EKQ göstəriciləri götürmək üçün nəzərdə tutulan datçiklərdən ibarətdir. Qurğuya bərkidilmiş batareya yeddi gün ərzində məlumat toplamağa imkan verir.

Avadanlıq klinikalar üçün nəzərdə tutulub və pasientlərin əsas göstəricilərini toplayan çoxlu tellərlə təchiz edilmiş böyük həcmli aparatı əvəz edir.Həkimin bu yapışqan plastırı pasientin bədəninə yapışdırmaq yetər ki, qurğu xəstəni narahat etmədən məlumat toplasın. “LifeWatch VSP” bazara 2015-ci ilin birinci yarısında çıxarılacaq.

ictnews.az

27 Dekabr 2014
Bu mətn 3879 dəfə oxunub