Robotlar insanların müalicəsində həkimlərə kömək edəcək

 “Ağıllı” robotlar getdikcə insan həyatına daha aktiv daxil olur. Əlbəttə ki bu planda ən qabacıl ölkə Yaponiyadır. Məsələn, bu yaxınlarda Yaponiyada istifadəyə verilmiş hoteldə heyətin çox hissəsi robotlardır. Bundan başqa, Yaponiyada robotlar, hətta “ailə” qurur. Sinqapurda isə robotlar həkimlərə kömək edirlər.

"ICTnews" elektron xəbər xidməti “mail.ru” saytına istinadən bildirir ki, “Panasonic System Solutions Asia Pacific” (“PSSAP”) şirkəti və Sinqapurun “Changi General Hospital” (“CGH”) klinikası tibb sahəsində innovasiyalı avtomatlaşdırılmış texnologiyaların tətbiqinə başlayıb. “CGH” klinikası Yaponiyadan kənarda “Panasonic Hospi” avtonom robotlarının eksperimental istifadəsinə başlamış ilk çoxsahəli tibbi müəssisə olub. Yüksəktexnologiyalı köməkçilər tibb personalının səmərəliliyini yüksəltməlidir.

Robotlar gündə 24 saat, həftədə yeddi gün olmaqla işləməyə hazırdır. Onlar mühafizə sistemi ilə təchiz ediliblər: yalnız identifikasiya olunmuş “ID” kartın köməyi ilə robotlara giriş əldə etmək olar.

ictnews.az

3 Avqust 2015
Bu mətn 1898 dəfə oxunub