Teletibb sistemləri

MDB üzv-dövlətlərinin uyğunlaşa bilən milli teletibb konsultasiya-diaqnostika sistemləri

      2008-ci ildən etibarən MDB üzv-dövlətlərinin uyğunlaşa bilən milli teletibb konsultasiya-diaqnostika sistemlərinin yaradılması sahəsində əməkdaşlıq barədə Memorandum və bu sistemlərin yaradılması, sonrakı inkişafı və istifadəsi sahəsində əməkdaşlıq barədə Razılaşma sənədlərinin hazırlanmasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssisləri aktiv iştirak edir.




Teletibb tədris prosesində
    Kliniki Tibbi Mərkəzdə İT infrastrukturun qurulması işlərinə 2008-ci ildə təmir tikinti işləri zamanı başlanmışdır. Bu mərkəz Cənubi Qafqazda ən böyük xəstəxana olduğundan burada miqyas etibarilə ən böyük kompüter şəbəkə sistemi qurulmuşdur. Mərkəzin 9 korpusu fiberoptik kabel vasitəsilə əlaqələndirilmiş, hər korpusda idarəolunan çoxportlu kommutatorlar (switch) quraşdırılmışdır. Quraşdırılmış şəbəkə sistemi bir domen altında 160 kompüteri əhatə edir.
    Radioloji avadanlıqların sistemlə inteqrasiyası məqsədilə Picture Archiving and Communications Sistem (PACS) altsistemi qurulmuşdur. Bu sistemin fəaliyyəti üçün PACS server qurulmuşdur. 3 ədəd PACS serverlər əməliyyat sistemi Linux Suse 9 üzərindədir. PACS server rentgen, angioqrafiya, kompüter tomoqrafiyası, maqnit rezonansı tomoqrafiyası çəkilişlərinin görüntülərini elektron arxiv formatda saxlamağa imkan verir. Görüntülərin elektron arxivdə saxlanması vaxt itkisinə yol vermədən istənilən zaman şəbəkə daxilində və internetdən daxil olmaqla radioloji görüntülərə baxmaq və tədqiq etməyə imkan verir. KT, MRT, rentgen şəkillərinin sürətli çapı məqsədilə DİCOM 3.0 protokolu ilə işləyən xüsusi DİCOM PRİNTER quraşdırılmışdır. Əməliyyatın gedişatı zamanı xəstənin radioloji (PACS) görüntülərini əldə etmək məqsədilə əməliyyat zalının birində divara yerləşdirilmiş xüsusi PC(monitor) quraşdırılıb.
    Teletibb texnologiyasının tətbiqi sahəsində Kliniki Tibbi Mərkəzdə də bir sıra işlər görülüb. Tədris korpusunda əməliyyat prosesini birbaşa izləmək məqsədi ilə tədris otaqları və Cərrahiyə Korpusunun əməliyyat zalları arasında geniş zolaqlı kompüter şəbəkəsi yaradılıb, tədris otaqlarında böyük ekran və əməliyyat zallarında xüsusi kameralar quraşdırılıb. İstənilən zaman bu və digər tibbi görüntüləri internet üzərindən uzaqdan izləmək imkanı yaradılıb.










Mövzu ilə baqlı xəbərlər

    Moskvada informasiyalaşdırma üzrə Rabitə Sahəsində Regional Əməkdaşlıq Komissiyası nəzdində teletəbabət üzrə Region işçi qrupunun 7-ci iclası keçirilib.     İşçi qrupunda Rabitə Sahəsində Regional Əməkdaşlıq administrasiyasının nümayəndələri, səhiyyə orqanları, Azərbaycan Respublikasının, Belarus Respublikasının, Qazaxstan Respublikasının, Qırğızıstan Respublikasının, Moldova Respublikasının, Rusiya Federasiyasının, Tacikistan Respublikasının və Ukraynanın teletəbabət sahəsinin mütəxəssisləri, eləcə də MDB İcraiyyə Komitəsinin və Rabitə Sahəsində Regional Əməkdaşlıq İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər. ətraflı


    İctimai Səhiyyə və İslahatlar Mərkəzində «1-ci Alman-Azərbaycan Teletibb» Seminarı keçirilib.     Almaniya-Azəbaycan İqtisadi Birliyinin təşəbbüsü ilə keçirilən seminarda ölkəmizdə teletibbin tətbiqi ilə vahid teletibb informasiya sisteminin yaradılması, ucqar yerlərdə yaşayan əhali və çətin şəraitdə işləyən insanlar üçün ixtisaslı tibbi yardımın mümkünlüyünün artırılması, tibbi yardımın keyfiyyətinin yüksəlməsi və tezləşdirilməsi, səhiyyədə nəqliyyat xərclərinin azalması, həkim və çağırış briqadalarının səmərəliliyinin artırılması, yeni informasiya texnologiyalarının tətbiqinin yüksəldilməsi və beləliklə də xarici səhiyyə sistemlərinə çıxışın sürətləndirilməsi məsələləri müzakirə olunub.. ətraflı