İnfeksiyadan ölümü qabaqcadan bilmək olar

 Amerika alimləri qanın ən sadə analizini təqdim ediblər. Bu analiz sağlam insanın növbəti 14 il ərzində sətəlcəmdən və ya başqa kəskin infeksiyadan ölmək ehtimalını müəyyənləşdirməyə imkan yaradır.

AZƏRTAC “Cell Systems” jurnalına istinadla xəbər verir ki, on min könüllü üzərində təcrübə aparan tədqiqatçılar iltihab proseslərinin əlavə məhsulunu – GlycA biomarkeri aşkar ediblər. Çox güman, qanda onun yüksək səviyyəsi ləng gedən xroniki infeksiyanın və ya anomal fəal immun reaksiyaların nəticəsidir. GlycA ilə bağlı iltihabi proseslər insanı təhlükəli infeksiyalara qarşı daha zəif edir.

Xəstəxana qeydlərinin analizi və ölüm haqqında şəhadətnamələr göstərib ki, yüksəlmiş GlycA ağır infeksiyaları, ilk növbədə sətəlcəm və qan yoluxmaları riskini gücləndirir.

Alimlərə xroniki mikrob infeksiya üzündən GlycA-nın yüksək səviyyəsini insanın immun sisteminin səhv reaksiyasından necə ayırmaq hələlik aydın deyil.

Oulu Universitetindən məqalənin şərikli müəllifi İohannes Kettunen deyib: “Biz riski aşağı salmağın mümkünlüyünü anlamaq üçün çox işləməliyik. Şəxsən mən həkimlərin öhdəsindən gələ bilmədikləri GlycA biomarkerə görə xəstələnmək və ya ölmək riskinin yüksək olduğunu bilmək istəməzdim”.

2015-ci ildə İsveç alimləri beş dəqiqəlik onlayn-test hazırlayıblar. Onların fikrincə, bu onlayn-test orta yaşlı (40-70 yaş) qadın və kişilərdə yaxın beş ildə ölmək ehtimalını adekvat qiymətləndirməyə kömək edəcək. Test kişilər üçün 13 sualdan, qadınlar üçün isə 11 sualdan ibarətdir.

24 Oktyabr 2015
Bu mətn 1494 dəfə oxunub