Son 25 il ərzində vərəmdən ölüm halları iki dəfə azalıb

 Vərəmə yoluxma nəticəsində ölüm halları 1990-cı ildən təxminən iki dəfə azalıb. Buna baxmayaraq, hələ də bu təhlükəli xəstəlik hər gün 4 min 400 nəfərin həyatına son qoyur.

AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (DST) hesabat məruzəsində bildirilir."Hesabat göstərir ki, vərəmlə mübarizə üzrə həyata keçirilən tədbirlər uğurlu nəticələrə gətirib",-deyə DST-nin Baş direktoru Marqaret Çan bildirib.Onun sözlərinə görə, nailiyyətlər çox təsirlidir, amma bu epidemiyanın kökünü kəsmək üçün tədqiqatlara sərmayə qoyuluşunu artırmaq lazımdır.

Məruzə müəllifləri qeyd ediblər ki, xəstəliklə mübarizədə ən nəzərəçarpan irəliləyiş 2000-ci ildən sonra müşahidə olunub. Belə ki, 2000-ci ildən 2015-ci ilədək olan dövrdə vərəmin müasir diaqnostikası və müalicəsi nəticəsində 43 milyon insanın həyatını xilas etmək mümkün olub. Amma uğurlara baxmayaraq, vərəm dünya səhiyyə sistemində hələ də ciddi təhlükə yaradır.

29 Oktyabr 2015
Bu mətn 1312 dəfə oxunub