"İmtiyazlı Apteklər" altsistemi üzrə təlimlər

    Dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələrin (şəkərli diabet, 1-ci qrup əlil, 2-ci qrup əlil və s.) qeydiyyatı və dərman vasitələrinin paylanması prosesinə nəzarətin gücləndirilməsi məqsədilə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemində “İmtiyazlı Aptek” altsistemi yaradılmışdır. Bu altsistemə Bakı şəhərində 24 imtiyazlı aptek və onlara nəzarət edən Bakı şəhəri Baş Səhiyyə İdarəsi, Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi, İnnovasiya və Təchizat Mərkəzi qoşulmuşdur.
    Hal-hazırda Bakı şəhərində hər bir imtiyazlı qrup xəstəyə Elektron Kart hazırlanıb verilmişdir. İnformasiya sisteminə və karta həmin xəstələrin şəxsi, dispanser qeydiyyatı və aldığı dərmanlar barədə məlumatlar qeyd edilir. Bu məlumatları əldə etmək məqsədilə e-xidmətdən yaradılmışdır. qeydiyyat
    Bununla bağlı 17 yanvar 2011 – 31 yanvar 2011-ci il tarixləri arasında Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzində müvafiq təlimlər keçirildi. Təlimlərdə Bakı üzrə 24 İmtiyazlı Apteklərin əczaçıları iştirak etdi. Təlimləri Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin Baş mütəxəssisi Ceyhun Babayev və Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi Texniki dəstək və telekommunikasiya bölməsinin müdiri Arzu Mirzəyev keçirdilər.
    Sayca 4-cü olan təlimin məqsədi İmtiyazlı Apteklər üçün hazırlanan Proqram Təminatı modulunda yeni imkanların yaradılması ilə bağlı dəyişikliklərin əczaçılar tərəfindən istifadəsidir. Proqram Təminatındakı dəyişikliklər imtiyazlı xəstələrin qeydiyyatı və imtiyazlı apteklərin aylıq hesabatının əldə olunması ilə bağlıdır.
    Təlimlər başa çatdıqdan sonra Fevral ayının 1-dən sistem tam fəaliyyətə başlayıb.