“Yeniyetmələrin Dispanserizasiyası” altsisteminin proqram təminatı üzrə təlimlər keçirilib.

    Uşaq və yeniyetmələrin sağlamlığının qorunması səhiyyənin ən vacib istiqamətlərindən biridir.
Yeniyetmələrin sağlamlıq vəziyyətini xarakterizə edən göstəricilərin təhlili göstərir ki, son illər bu kontingent arasında bir sıra xəstəliklərin artması müşahidə olunur. Bütün bunlar yeniyetmələrin orqanizmində baş verən patoloji dəyişikliklərin vaxtında aşkar edilməsinə, müalicə-profilaktika və sağlamlaşdırıcı tədbirlərin keyfiyyətinin və səviyyəsinin yüksəldilməsinə diqqətin artırılmasını tələb edir.
Qeyd olunanları nəzərə alaraq 26 may 2010-cu il tarixində Səhiyyə Nazirliyinin “Yeniyetmələrin sağlamlığının yaxşılaşdırılması tədbirləri barədə” 36 nömrəli əmri ilə bir sıra tədbirlərə başlanılıb.
    Bu tədbirlər sırasında yeniyetmələrin profilaktik müayinələri, dispanserizasiyası və sağlamlaşdırıcı tədbirlər barədə məlumatların “ Vətəndaşların Elektron Sağlamlıq Kartı Sisteminə” daxil edilməsi üçün proqram təminatı modulu təmin edilməsi; sistemin normal fəaliyyət göstərməsi üçün müalicə -profilaktika müəssisələrinə texniki və metodik yardım təyin edilməsi; müalicə-profilaktika müəssisələrinin müvafiq heyətinə təlimlərin keçirilməsi məqsədilə təlim vəsaitləri hazırlanması Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə həvalə olunub.
    Bu məqsədlə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzində təlimlər həyata keçirildi. Təlimlərin keçirilməsində qarşıya qoyulan məqsəd hazırlanan “Yeniyetmələrin Dispanserizasiyası” altsisteminin proqram təminatı modulu üzrə yeniyetmə həkimlərinə və uşaq poliklinikaları operatorlarına bilgilərin verilməsi idi. Əvvəlcədən planlaşdırıldığı kimi Yeniyetmələr Modulu üzrə təlimlər 1 sentyabr 2010-cu il tarixindən 15 sentyabr 2010-cu il tarixədək keçirilmişdir. Bakı şəhərinin 54 uşaq poliklinikasından ümumilikdə 130 nəfərin (onlardan 54 yeniyetmə həkiminin) iştirak etdiyi treninqləri Həsənova Lalə, Əlizadə Fatimə, Kərimov Zaur tərəfindən həyata keçirdi.