Tez-Tez verilən suallar

"Elektron Sağlamlıq Kartı" nədir ?

    Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi-Səhiyyə Nazirliyi tərəfindən yaradılan Elektron İnformasiya Sistemidir. Bu sistem çərçivəsində yenidoğulmuş uşaqlara mikroprosessorlu çip ilə təchiz edilmiş plastik kartlar (Elektron Sağlamlıq Kartları) dövlət tərəfindən pulsuz təqdim edilir. Sistemdə və həmçinin Elektron Sağlamlıq Kartlarında yer alan vətəndaş (uşaq) barədə dolğun şəxsi və tibbi məlumatlar həkimə müraciət zamanı müayinə prosesini tezləşdirməyə və lazımi müalicə və tibbi yardımı daha operativ və keyfiyyətli aparmağa imkan verir. Kartlarda yer alan məlumatlar və onlardan istifadə barədə ətrafli məlumatı burda əldə edə bilərsiniz..




Tibbi Müayinə kartı nədir?

    “Tibbi müayinə kart” (TMKS) Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən məlumatları özündə saxlayan elektron informasiya sistemidir. Müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və ya sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşların ( obliqat qruplar ) vaxtlı-vaxtında müayinədən keçmələrinə nəzarətin təkmilləşdirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları, Maliyyə və Ədliyyə Nazirlikləri ilə razılaşdırılmış təklifinə əsasən, Nazirlər Kabinetinin 12 iyun 2006-cı il tarixli 142 saylı qərarı ilə “«Tibbi müayinə kartı» sisteminin tətbiqi Qaydaları” təsdiq edilib. Bununla əlaqədar Səhiyyə Nazirliyi tərəfindən Tibbi müayinə kartı sisteminin tətbiqinə başlanıb. Həyata keçirilən sistemin məqsədi müayinə prosesinin nəticələri üzrə vahid mərkəzləşdirilmiş və lokal məlumat bazalarının yaradılması və bununla da prosesdə iştirak edən qurumlar arasında məlumat mübadiləsinin səmərəliliyinin artırılması, Gigiyena- Epidemiologiya Mərkəzləri (GEM) və poliklinikalar tərəfindən prosesə nəzarətin gücləndirilməsidir.
    Kartların üzərində və çiplərində vətəndaşa aid şəxsi məlumatlarla yanaşı, onun ilkin və dövri tibbi müayinədən keçməsi barədə məlumatlar yerləşdirilir.
   Kartlarda yer alan müayinələr barədə məlumatlar müayinələrin keçirildiyi tibb müəssisələrində kompyuterlərə qoşulmuş kart oxuyucu qurğular vasitəsilə oxuna və dəyişdirilə bilər. Bundan əlavə, bu karta sahib olan şəxs kartındakı məlumatları buradan qeydiyyatdan hər zaman əldə edə bilərlər.




Elektron Sağlamlıq kartını necə əldə etmək olar?

    Elektron Sağlamlıq kartları müvafiq layihə çərçivəsində hər yenidoğulan uşağa dövlət tərəfindən pulsuz verilir. Bunun üçün yenidoğulan uşaqların valideynləri uşağın qeydiyyatda olduğu Uşaq Poliklinikasına müraciət edə bilərlər.




Bu portal nəyə xidmət edir?

    Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən yaradılmış “Elektron Səhiyyə” internet portalı Azərbaycan və dünya səhiyyəsində İnformasiya Texnologiyalarının tətbiqi və e-səhiyyə həlləri və yenilikləri barədə geniş məlumat çatdırılmasına xidmət edir.
    Eyni zamanda portalda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən layihələr haqqında informasiya əks olunub və vətəndaşlara təqdim edilən elektron xidmətlər fəaliyyət göstərir. Elektron Sağlamlıq Kartı, Tibbi Müayinə Kartı, İmtiyazlı Kart sahibləri, obliqat qruplara aid işçiləri olan müəssisə rəhbərləri bu xidmətlərdən yararlana bilərlər.