Təcili Tibbi Yardım Stansiyasının dispetçer xidməti

   Bakı şəhəri Təcili Tibi Yardım Stansiyasının dispetçer xidmətinin yeni inzibati binasında ən müasir kompüter şəbəkəsinin yaradılması başa çatdırılıb.”103” çağırış nömrələrinin fasiləsiz fəaliyyətinin təmin edilməsi ilə 2 ayrı istiqamətdən bir-birini əvəzedəbiləcək fiberoptik kabel stansiyaya çatdırılıb. GPRS üzərindən təcili tibbi yardım stansiyalarının və avtomobillərinin mərkəzlə əlaqəsi yaradılıb. Xüsusi elektron xəritə üzərindən hər an hadisəyə ən yaxın avtomobilin təyin edilməsi mümkündür. Mərkəzi Stansiyada fəaliyyət göstərən dispetçerlərin istifadəsinə yeni yaradılmış xüsusi proqram təminatı hazırlanıb. Bu proqram vasitəsilə dispetçerlərin işinin effektivliyi və əhaliyə operativliyi daha da artıb.