Tibbi Reabilitasiya Xəstəxanasında tədbir keçirilmişdir

  06.12.2016-cı il tarixində Səhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Xəstəxanasında KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.

Bildirilmişdir ki, H.Əliyev fondunun təşəbbüsü ilə əsaslı təmirdən sonra 2011-ci ildə istifadəyə verilmiş Tibbi Reabilitasiya Xəstəxanası geniş profilli, nevroloji, kardioloji, endokrinoloji, hərəkət-dayaq profilli xəstələrin bərpası və müalicəsi, sağlamlığının bərpasının həyata keçirən müalicə-profilaktika müəssisəsidir. Xəstəxanada stasionar müalicə alan azyaşlılar anaları ilə birgə yerləşdirilir və hər ikisinə yüksək səviyyədə xidmət göstərilir.

40 çarpayılıq, 2 şöbədən ibarət (stasionar və fizioterapiya) şöbələr müasir avadanlıqla təmin olunmuşdur. Burada laboratoriya, EKQ, EXO, USM kabinetləri, MBT və kineziterapiya zalı, manipulyasiya otağı, oyun zalı, psixoloq və həkim otaqları mövcuddur. Yay aylarında isə burada hovuz fəaliyyət göstərir.

Fizioterapiya şöbəsi Avropa standartlarına uyğun avadanlıqlarla təchiz olunub. Fizioprosedurlar modern aparatlar vasitəsi ilə həyata keçirilir. Aparatlar rəngli sensor ekranla ensiklopedik lüğətlə, proqramlaşmış diaqnoz proqramları ilə təchiz olunub. Şöbədə elektroterapiya, maqnitoterapiya, ultrasəsterapiya, darsonval lazerterapiya, pressoterapiya, zərbədalğalı terapiya, hidrokolonoterapiya, plazmafarez ultra yüksək tezlikli cərəyan aparatları uşaqların müalicəsində geniş istifadə olunur.

Çoxfunksiyalı SPA kapsula eyni zamanda bir neçə funksiyanı yerinə yetirmək qabiliyyətinə malikdir və hər xəstəyə indivudual olaraq temperatur rejimi, suyun təzyiqi tənzimləyir. Rəngli terapiya, nəğməterapiya, oksigenterapiya prosedurları ilə birləşdirilmiş rejimdə tətbiq olunur. Çoxfunksiyalı balneoliji vanna mirvari-xvoya ekstraktı ilə okean duzu , valeriana , nanə-cövhər, yod-brom məhlulları ilə həyata keçirilir və işıqterapiya ilə mövcuddur.

Sensor ekranlı, çoxfunksiyalı tam avtomatlaşdırılmış “Okean de luxe” sualtı massaj vannası 134 hidromassaj forsunkalardan ibarətdir, vannanın həcmi 260 L olmasına baxmayaraq dolma vaxtı 3.5, boşalma vaxtı 3.1 dəqiqədir. Bu da prosedur bitdikdən sonra vanna avtomatik təmizləndikdən sonra dərhal yeni xəstəni qəbul etmək imkanı yaradır.

İQŞ kabinası yapon həkimi Tadaşi İşikava tərəfindən icad olunub və uşaqlar tərəfindən çox sevilir. Bildiyiniz kimi İQŞ günəş şüalarına yaxın şüalardı, insan orqanizmi üçün çox faydalıdır, qan təzyiqini tənzimləyir, beyin hüceyrələrini aktivləşdirir, toksin zərərli maddələri orqanizmdən xaric edir, xroniki yorğunluğu aradan qaldırır, hərəkət-dayaq, endokrin, sinir-damar xəstəliklərində geniş istifadə olunur.

Qədim Cin metodikalardan geniş istifadə olunur və gözəl nəticələr əldə edilir. Bunlardan kpaniosakral refleksoterapiya, aurikuloterapiya, farmakopunktura və pnevmopunktura vakuum refleksoterapiya, lazer refleksoterapiya göstərmək olar.

Xəstə daxil olarkən hər bir xəstə üçün individual müalicə-reabilitasiya proqramı yazılır və hər uşağa fərdi yanaşılır. Valideynlərlə ayrı- ayrılıqda söhbət aparılır və ev şəraitində xəstə uşağa qulluq və psixoloji təsir göstərmək tövsiyələri verilir, yeni fiziki müalicə üsullarından müalicə gimnastikasından əmək və su iqlim terapiyasından , pəhriz stollarından v.s bərpaedici üsullardan necə istifadə edilməsi başa salınır. Xəstəxanaya daxil olan xəstələrin 80%-i nevroloji statusludur. USİ, miopatiya , yastıpəncəlik, əyripəncəlik, skalioz, raxit, revmatoid artrit v.s. diaqnozlarla qəbul olunan xəstələr xəstəxanada müalicə alırlar.

Statistik məlumata əsasən 29 may 2012-ci ildən bu günə qədər 2990 xəstə qəbul olunub. Onlardan 1656–sı uşaqlar, 1334-ü isə analar təşkil edir. Müalicə alan 1900 xəstədən 1375-i nevroloji statuslu, 229-u terapevtik, 154-ü hərəkət-dayaq sistemi xəstəlikləri, 83-ü kardioloji, 40-ı endikrinoloji xəstələr olmuşdur. 1375 nevroloji statuslu uşaqlardan 996-sı USİ xəstəliyi ilə daxil olmuşdur.

5 Dekabr 2016
Bu mətn 319 dəfə oxunub