Biometrik eyniləşdirmə sisteminin




AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI


Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında

    Sürətli elmi-texniki inkişafla, informasiya və kommunikasiya texnologiyalarının geniş yayılması ilə müşayiət olunan ötən əsrin sonu və yeni minilliyin başlanğıcı qlobal informasiya mühitinin yaranmasına, mövcud sərhəd və maneələrin kifayət qədər aradan qalxmasına, əmtəələrin sərbəst beynəlxalq dövriyyəsinə, insanların azad yerdəyişməsinə gətirib çıxarmışdır. Eyni zamanda, bu qloballaşma müasir dünyamızı beynəlxalq terrorizmin, transmilli mütəşəkkil cinayətkarlığın, habelə silah və narkotiklərin qanunsuz dövriyyəsinin, qeyri-qanuni miqrasiyanın doğurduğu yeni təhdidlərlə üzləşdirir və hər bir dövlət qarşısında təhlükəli təzahürlərin qarşısının alınması üçün zəruri olan milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi vəzifələrini qoyur.
    Beynəlxalq kommunikasiyaların hazırkı inkişaf səviyyəsi ölkəmizin milli maraqlarının təmini məsələsində yeni yanaşmalar tələb edir. Bu da öz növbəsində ənənəvi eyniləşdirmə üsulları ilə müqayisədə daha səmərəli olan biometrik eyniləşdirmə texnologiyalarının, onların tətbiqini nəzərdə tutan müxtəlif biometrik eyniləşdirmə sistemləri üçün qəbul olunmuş beynəlxalq standartların öyrənilməsini, həmin texnologiyaların tətbiqi sahəsində milli standartların hazırlanmasını, bu standartlara uyğun məqbul texnologiya və sistemləri seçməklə yeni nəsil biometrik sənədlərin istehsalı və tətbiqinin təşkilini, müvafiq infrastrukturun yaradılmasını və təkmilləşdirilməsini, qanunvericilik bazasının, xüsusilə də informasiya təminatı və təhlükəsizliyi sahələrində normativ hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılmasını, bu sahədə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsini zəruri edir. Yeni biometrik eyniləşdirmə sistemlərinin effektiv fəaliyyətinin təmini isə biometrik eyniləşdirmə sistemlərinin məlumat mübadiləsi şəbəkəsinin yaradılmasını və təkmilləşdirilməsini, müvafiq beynəlxalq informasiya resursları ilə mübadilənin təşkilini nəzərdə tutan vahid milli informasiya məkanının formalaşdırılmasını şərtləndirir.
    Azərbaycan Respublikasında insan, cəmiyyət və dövlətin maraqları arasında tarazlığın saxlanılması prinsipinə riayət edilməklə biometrik eyniləşdirmə sisteminin yaradılmasının normativ hüquqi, təşkilati, texniki, iqtisadi əsaslarını və milli təhlükəsizlik sisteminin təkmiləşdirilməsini, vahid milli informasiya məkanının formalaşdırılması istiqamətində müxtəlif informasiya resurslarının əlaqələndirilmiş işinin müasir tələblərə uyğun təşkilini, qeyri-qanuni miqrasiya və cinayətkarlıqla mübarizə sahəsində digər ölkələrin müvafiq orqanları ilə biometrik məlumat mübadiləsinin tənzimlənməsini təmin etmək məqsədi ilə qərara alıram :

1. Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı təsdiq edilsin.

2. Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramının yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunsun.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üçün əlaqələndirmə ilərini təkil etsin, proqramdan irəli gələn məsələləri həll etsin və onun maliyyələdirilməsi üçün zəruri tədbirlər görsün;

3.2. Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini təhlil etsin və bu barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.

4. Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir.


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 13 fevral 2007-ci il№ 1963

Azərbaycan Respublikası Prezidentinin
2007-ci il "13" fevral tarixli 1963 nömrəli
Sərəncamı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı



I. Giriş

    Müasir dövrdə milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, o cümlədən terrorçuluğa, qanunsuz miqrasiyaya, insan alverinə və cinayətkarlığın doğurduğu digər təhdidlərə qarşı mübarizənin informasiya təminatının gücləndirilməsi məqsədi ilə yeni üsul və vasitələr işlənib tətbiq olunur. Şəxslərin şəkli, barmaq izi, səsi və digər fərdi biometrik xüsusiyyətləri əsasında identifikasiya edilməsi üçün yeni texnologiyaların tətbiqi ilə biometrik informasiya resursları formalaşdırılır, onların inteqrasiya olunduğu infrastrukturlar inkişaf etdirilir, müxtəlif qurumlarda və beynəlxalq təşkilatlarda toplanan paylanmış informasiya resurslarından xüsusi telekommunikasiya şəbəkələri vasitəsilə müvafiq səlahiyyətlər çərçivəsində sorğu və təhlil işlərinin operativ icrası təmin edilir. İnformasiya təminatı və təhlükəsizlik siyasəti artan tələblərə və mümkün təhdidlərə uyğun davamlı təkmilləşdirilir. Qabaqcıl təcrübənin mənimsənilməsinə, standartlaşdırma və sertifikatlaşdırma işlərinə, kadrların fasiləsiz ixtisasartırmasına xüsusi önəm verilir.
    Bir sıra dövlətlərdə Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Beynəlxalq Dəniz Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Standartlaşdırma Təşkilatı və digər qurumlar tərəfindən qəbul edilmiş yeni standartlara, Beynəlxalq Miqrasiya Təşkilatının tövsiyələrinə uyğun olaraq, biometrik texnologiyaları nəzərdə tutan elektron pasportların istehsalı və tətbiqi, biometrik identifikasiya sistemlərindən sərhədkeçmə nəzarətində və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsində, ictimai asayişin mühafizəsində istifadəsi təşkil edilmişdir. idarələrarası və dövlətlərarası informasiya sistemləri yaradılmış, müəyyən təcrübə toplanmış, müvafiq proqram-texniki vasitələrin istehsalçıları arasında ixtisaslaşma və rəqabət güclənmişdir. Bu sahədə konkret layihələrin icrasına, müvafiq blankların və proqram-texniki vasitələrin istehsalına başlanılmışdır.
    Biometrik texnologiyaların tətbiqi pasport-viza və şəxsiyyəti təsdiq edən digər sənədlərin mühafizə dərəcəsinin və şəxsin başqa fərdi məlumatlarla sənəd almasına nəzarətin gücləndirilməsini, kritik infrastrukturun və digər obyektlərin mühafizə rejiminin təkmilləşdirilməsini, identifikasiya işlərinin dəqiqliyini və müxtəlif informasiya resurslarında şəxs barədə fərdi məlumatların kompleks əlaqələndirilməsini təmin edir.

II. Mövcud vəziyyət

    Mövcud tələbləri və müasir təcrübəni nəzərə alaraq Azərbaycan Respublikasında insan, cəmiyyət və dövlətin maraqları arasında tarazlığın saxlanması prinsipi əsasında milli təhlükəsizlik və informasiyalaşdırma haqqında qanunvericilik bazası yaradılmış, informasiya cəmiyyətinin və elektron hökumətin qurulması prosesləri sürətlənmiş, milli informasiya məkanının və onun əhali və miqrasiya üzrə seqmentinin, biometrik informasiya resurslarının formalaşdırılması işlərinə başlanılmışdır. Bu işlər milli təhlükəsizliyi təmin edən xüsusi xidmət və hüquq-mühafizə orqanlarının, nəqliyyat, rabitə, səhiyyə, xilasetmə və digər sahələrdə milli təhlükəsizliyin təmin edilməsində iştirak edən qurumların informasiya təminatının təkmilləşdirilməsinə, həmçinin miqrasiya proseslərinin tənzimlənməsinə, demoqrafiya sahəsində statistika və siyahıyaalmanın çevikliyinə, qəbul edilən qərarların optimallığına xidmət edir.
    "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununa və "ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında" Əsasnamə"yə uyğun olaraq 2001-ci ildə yaradılmış "Giriş-çıxış" avtomatlaşdırılmış məlumat-axtarış sistemi (AMAS) Azərbaycan Respublikasının Milli Təhlükəsizlik, Müdafiə, Daxili işlər, Xarici İşlər, Ədliyyə, Vergilər nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası və digər aidiyyəti dövlət orqanlarının qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində əhali və miqrasiya barədə informasiya təminatının həyata keçirilməsi və aşağıda göstərilən məsələlərlə bağlı, o cümlədən biometrik məlumatlar üzrə müvafiq informasiya resurslarının formalaşdırılması, bu və digər qarşılıqlı əlaqədə olan paylanmış resurslardan sorğu və təhlil işlərinin aparılması üçün istifadə edilir:
  • ölkə vətəndaşlarına pasport, şəxsiyyət vəsiqəsi, şəxsiyyəti təsdiq edən və dövlət sərhədini keçmək üçün qanunvericiliklə nəzərdə tutulmu digər sənədlərin verilməsi;

  • ölkədə daimi yaşayan və ya müvəqqəti olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq sənədlərin verilməsi;

  • ölkəyə gələn əcnəbilərə verilmi vizalar üzrə məlumatların toplanması;

  • şəxslərin yaşayış və olduğu yer üzrə qeydiyyatının aparılması;

  • sistem vasitəsilə fərdiləşdirilən sənəd blanklarının və onların hərəkətinin mərkəzləşmiş uçotu;

  • ölkəyə gəlməsinə və ölkədən getməsinə qanunvericiliklə nəzərdə tutulmuş hallarda məhdudiyyət qoyulan və ya axtarış elan olunan şəxslər, nəqliyyat vasitələri, etibarsız hesab olunmuş sərhədkeçmə sənədləri barədə məlumatların nəzarət siyahılarında toplanması və istifadəsi;

  • sərhədkeçmə nəzarəti zamanı şəxslərin identifikasiya olunması, pasport-viza və digər sərhədkeçmə sənədlərinin həqiqiliyinin yoxlanılması, şəxslərin, sənədlərin, nəqliyyat vasitələrinin nəzarət siyahıları ilə tutuşdurulması, şəxslərin və nəqliyyat vasitələrinin sərhədkeçməsi üzrə mərkəzləşmiş uçotu;

  • Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində nəzərdə tutulan yaşayış və olduğu yer üzrə informasiya resurslarının formalaşdırılması;

  • sistemin tərkibinə daxil olan və onunla qarşılıqlı əlaqədə olan paylanmış informasiya resursları arasında uzlaşmanın fərdi identifikasiya nömrəsi və digər rekvizitlər vasitəsilə təmin edilməsi.

    Milli təhlükəsizliyi təmin edən dövlət orqanlarını, o cümlədən mərkəzi serverlər kompleksini, qeydiyyat və şəxsiyyət vəsiqələri üzrə rayon bölmələrini, regional pasport mərkəzlərini, sərhəd nəzarət məntəqələrini əhatə edən və ölkənin konsulluq bölmələrinin vahid şəbəkəyə birləşdirilməsini nəzərdə tutan infrastruktura malik "Giriş-çıxış" AMAS-ın istismarı, inkişafı və təhlükəsizliyi üzrə idarələrarası qarşılıqlı fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq müvafiq Əlaqələndirmə Şurası vasitəsilə təşkil edilmişdir. "Giriş-çıxış" AMAS-ın mövcud altsistemlərinin, o cümlədən sənədlərin fərdiləşdirilməsi, identifikasiyanın və sərhədkeçmə nəzarətinin aparılması, informasiya mübadiləsi üzrə funksional modulların təkmilləşdirilməsinə, elektron imza texnologiyalarının tətbiqinə, biometrik identifikasiya, miqrasiyanın monitorinqi üzrə yeni funksional modulların, mobil identifikasiya və sorğu vasitələrinin yaradılmasına başlanılmışdır. Aparılan işlərin digər dövlət proqramları, xüsusilə "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər)" və "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" ilə əlaqələndirilməsi nəzərdə tutulmuşdur. Milli informasiya təhlükəsizliyi sistemi, "Giriş-çıxış" avtomatlaşdırılmış məlumat-axtarış sistemi, fərdi məlumatlar haqqında normativ hüquqi aktların layihələri üzərində işlər aparılır, "Kibercinayətkarlıqla mübarizə" haqqında və "Fərdi məlumatların avtomatlaşdırılmış sistemlərdə istifadəsi ilə əlaqədar şəxsin hüquqlarının qorunması haqqında" Avropa Şurasının konvensiyalarına qoşulmaq imkanlarına baxılır.
    "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu, müvafiq qaydalar, o cümlədən "Fərdi identifikasiya nömrəsinin (FİN) verilməsi qaydası" təsdiq edilmiş, ölkədə FİN-nin tətbiqinə, fərdi məlumatların informasiya sistemlərinin qarşılıqlı əlaqədə fəaliyyət göstərməsinə hüquqi əsas yaradılmışdır. Qanunvericiliyə əsasən reyestrin tərkibinin əhalinin yaşayış və olduğu yer üzrə qeydiyyatı, eləcə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və hərbi mükəlləfiyyətliyi barədə sənədləşdirilmiş informasiya resurslarından ibarət olması, bu resursların müvafiq olaraq Azərbaycan Respublikasının Daxili işlər və Ədliyyə nazirlikləri tərəfindən formalaşdırılması, Əhalinin Dövlət Reyestrinin aparılmasının milli informasiya məkanında vahid standartların və prinsiplərin tətbiqinə əsaslanması nəzərdə tutulmuşdur. Şəxsə müxtəlif fərdi identifikasiya nömrələrinin verilməsinin biometrik məlumatlar vasitəsilə yoxlanılıb qarşısının alınması mexanizminə zərurət yaranmışdır. Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərin
    "Giriş-çıxış" AMAS-ın aidiyyəti altsistemləri vasitəsilə fərdiləşdirilməsi təşkil olunmuş, Əhalinin Dövlət Reyestrində şəxslər haqqında nəzərdə tutulan məlumatların əksər hissəsi (fərdi identifıkasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, ailə vəziyyəti, yaşayış yeri, vəsiqənin nömrəsi və s.), o cümlədən müəyyən biometrik məlumatları (fotoşəkli, qan qrupu, gözlərinin rəngi, boyu) sistemdə toplanmışdır. Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması ilə bağlı müvafiq tədbirlər görülür. informasiya-sorğu işinin həcmi, o cümlədən şəkil və digər biometrik məlumatlar üzrə identifikasiya işlərinə tələbat artmışdır. 2005-ci ildə görülmüş təşkilati-texniki tədbirlər nəticəsində ölkə vətəndaşları barəsində toplanan informasiya seçici yaşına çatmış şəxsləri əhatə etmiş, beləliklə, bu resurslardan statistika və siyahıyaalma kimi məsələlərin operativ həlli, habelə nəqliyyat, rabitə, turizm, təhsil, sosial təminat və digər sahələrdə səmərəli istifadəsi üçün imkanlar genilənmidir.

III. Aparılan işlərin əhəmiyyəti

    "Giriş-Çıxış" AMAS-ın və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin tətbiq və istifadə dairələrinin artması, toplanan təcrübə, habelə "Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası", "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər)" bu sistemlərin inkişaf etdirilməsini, miqrasiya üzrə vahid dövlət informasiya sisteminin yaradılmasını, miqrasiya proseslərinin tənzimlənməsində iştirak edən dövlət orqanları arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsini, milli informasiya məkanının əhali və miqrasiya üzrə seqmentinin elmi əsaslarda kompleks formalaşdırılmasını zəruri edir. Bunun üçün müxtəlif dövlət orqanlarında şəxs barədə informasiya resurslarının fərdi identifikasiya nömrəsi və biometrik məlumatlar vasitəsilə uzlaşdırılması tələb olunur.
    Bu baxımdan biometrik texnologiyaların tətbiqi ilə əlaqədar aşağıdakı məsələlərin həlli milli təhlükəsizlik sisteminin, o cümlədən qanunsuz miqrasiya və insan alverinə qarşı mübarizənin gücləndirilməsində, eyni zamanda informasiya cəmiyyətinin qurulmasında xüsusi əhəmiyyət kəsb edir:
  • miqrasiya prosesləri və sərhədkeçmə ilə bağlı nəzarətin, pasport-viza və şəxsiyyəti təsdiq edən digər sənədlərin mühafizə dərəcəsinin biometrik texnologiyaların tətbiqi ilə gücləndirilməsi;

  • biometrik identifikasiya texnologiyaları əsasında yeni nəsil pasport-viza sənədlərinin istehsalının və tətbiqinin təşkili;

  • mövcud informasiya sistemlərində biometrik məlumatların standartlara uyğun toplanması və müvafiq infrastrukturun təkmilləşdirilməsi;

  • şəxsin şəkli, barmaq izi, səs, dezoksiribonuklein turşusu (DNT) və digər seqmentlərin daxil olduğu milli identifikasiya sisteminin yaradılması, o cümlədən şəxsə müxtəlif fərdi identifikasiya nömrələrinin verilməsi hallarının biometrik məlumatlar əsasında aşkarlanması və aradan qaldırılması mexanizminin qurulması;

  • ölkə vətəndaşlarına yeni nəsil pasport və şəxsiyyət vəsiqəsinin verilməsi üçün onların biometrik məlumatları əsasında real vaxt rejimində identifikasiya edilməsi, zəruri məlumatların müvafiq dövlət orqanlarında formalaşdırılan (o cümlədən, Əhalinin Dövlət Reyestrində doğum və nikah haqqında, Daşınmaz Əmlak üzrə Dövlət Reyestrində yaşayış mənzilləri haqqında, vətəndaşların "elektron sağlamlıq kartı"nda qan qrupu, gözün rəngi, boyun uzunluğu haqqında, habelə bank sistemlərində müvafiq dövlət rüsumunun ödənilməsi haqqında) elektron informasiya resurslarında fərdi identifikasiya nömrələrindən istifadə etməklə xüsusi telekommunikasiya şəbəkələri vasitəsilə yoxlanılması, "Giriş-çıxış" AMAS-ın digər dövlət informasiya sistemləri ilə məlumat mübadiləsi texnologiyasının işlənməsi, bu sistemlərə qoşulma və elektron sənəd dövriyyəsinin təkil edilməsi işlərinin həmin resursların formalaşdırılmasına paralel olaraq ardıcıl aparılması.

IV. Dövlət Proqramının vəzifələri

    Dövlət Proqramının həyata keçirilməsi iki mərhələdə nəzərdə tutulur. Birinci mərhələ (2007-2009-cu illər) bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi və biometrik eyniləşdirmə sistemi ilə bağlı yeni normativ hüquqi aktların hazırlanması və qəbul edilməsi məsələləri, habelə miqrasiya proseslərinə dövlət tərəfindən nəzarətin gücləndirilməsinə dair tədbirləri, o cümlədən sərhədkeçmə sənədlərinin fərdiləşdirilməsi üzrə informasiya resurslarının formalaşdırılması və təkmilləşdirilməsini əhatə edir.
    İkinci mərhələdə (2010-2012-ci illər) biometrik texnologiyaların tətbiqi sahələrinin genişləndirilməsi və onların təkmillədirilməsi nəzərdə tutulur.
    Dövlət Proqramının həyata keçirilməsi üzrə vəzifələr və gözlənilən nəticələr aşağıdakılardır:
  • fərdi məlumatlar, o cümlədən biometrik informasiya, həmçinin miqrasiyanın monitorinqi, informasiya təminatı və mühafizəsi sahələrində normativ hüquqi bazanın beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi;

  • biometrik informasiya sahəsində standartlaşmanın və sertifikatlaşdırmanın təşkili;

  • biometrik texnologiyalar əsasında elektron pasport-viza və şəxsiyyəti təsdiq edən digər sənədlərin istehsalının və tətbiqinin təşkili, şəxsin başqa fərdi məlumatlarla sənəd alması imkanının aradan götürülməsi, toplanan informasiyanın dəqiqliyinin təmin olunması;

  • yeni nəsil pasport-viza sənədlərinin fərdilədirilməsi ilə əkil, barmaq izi və digər biometrik məlumatlar üzrə milli informasiya resurslarının formalaşdırılması, mövcud biometrik məlumatların standartlara uyğunlaşdırılması;

  • səs və DNT üzrə biometrik məlumatların qeydiyyatı və istifadəsi üzrə aparıcı xarici dövlətlərin təcrübəsinin və qabaqcıl texnologiyaların mənimsənilməsi, bu sahədə fəaliyyətin təşkili;

  • axtarışda olan şəxslərin kütləvi toplantı və gediş-gəliş yerlərində xüsusi proqram-texniki vasitələrlə real vaxt rejimində şəkillərinə görə tanınması, mərkəzdən müşahidə olunması və arxivləşdirilməsi sisteminin yaradılması və tətbiqi;

  • şəxsin şəkli, barmaq izi, səs, DNT və digər biometrik məlumatlar üzrə formalaşdırılan informasiya resursları əsasında müvafiq identifikasiya sistemlərinin, o cümlədən mobil terminalların yaradılması və tətbiqi, sərhədkeçmə nəzarəti və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi, ictimai asayişin mühafizəsi, habelə xilasetmə işlərinin aparılması üzrə və digər sahələrdə istifadəsinin təşkili;

  • xüsusi rejimli obyektlərdə nəzarət-buraxılış işlərinin, kommunikasiya vasitələri, qurğuları və qovşaqlarının mühafizəsi işlərinin, həmçinin yüklərin plomblanması və daşınma marşrutuna nəzarət işinin müasir biometrik texnologiyalar vasitəsilə təkmilləşdirilməsi;

  • əxsin əkli, barmaq izi, səs, DNT və digər biometrik məlumatlar üzrə informasiya sistemləri arasında məlumat mübadiləsinin təşkili;

  • "Giriş-çıxış" AMAS-ın müvafiq altsistemlərinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə miqrasiya üzrə vahid dövlət informasiya sisteminin yaradılması;

  • milli informasiya məkanının əhali və miqrasiya üzrə seqmentinin kompleks formalaşdırılması, biometrik məlumatlar və miqrasiya üzrə beynəlxalq informasiya resursları ilə məlumat mübadiləsinin təşkili;

  • pasport-viza və əxsiyyəti təsdiq edən digər sənədlərin fərdiləşdirilməsinin və yoxlanılmasının operativliyinin və effektivliyinin artırılması;

  • Dövlət Proqramının əhatə sahəsinin yüksək ixtisaslı mütəxəssislərlə təminatının və təcrübə mübadiləsinin təşkili;

  • mühafizəli və ciddi uçot sənədləri blanklarının, idarə və təşkilatlarda istifadə olunan digər rəsmi blankların istehsalının, müasir mühafizə və identifikasiya texnologiyalarının işlənməsinin təşkili, bununla əlaqədar müvafiq ixtisaslaşmış nəşriyyat və sertifikatlaşdırma mərkəzlərinin yaradılması, milli istehsalçıların stimullaşdırılması.

V. Dövlət proqramı

Sıra №-si

Tədbirin adı

Tədbirin məqsədi

İcra müddəti

İcraçı orqanlar

1

2

3

4

5

1. Normativ hüquqi bazanın təkmilləşdirilməsi

1.1.

Azərbaycan Respublikasında mövcud normativ hüquqi aktlara əlavələr və dəyişikliklər edilməsinə dair layihələrin, habelə yeni aktların layihələrinin hazırlanması

 

 

 

1.1.1.

«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikasının Qanunu və onun tətbiqi haqqında Əsasnamə

sahənin hüquqi bazasının təkmilləşdirilməsi

2007-ci ilin birinci yarısı

Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə

1.1.2.

«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikasının Qanunu və onun tətbiqi haqqında Əsasnamə

sahənin hüquqi bazasının təkmilləşdirilməsi

2009

Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə

1.1.3.

«Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə»

sahənin hüquqi bazasının təkmilləşdirilməsi

2007

Nazirlər Kabineti, Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə

1.1.4.

«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanunu

sahənin hüquqi bazasının təkmilləşdirilməsi

2009

Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə

1.1.5.

«Azərbaycan Respublikasında immiqrant statusunu təsdiq edən sənədin formasının təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Qanunu

sahənin hüquqi bazasının təkmilləşdirilməsi

2009

Nazirlər Kabineti, Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə

1.1.6.

«Dövlət daktiloskopik qeydiyyatı haqqında» Azərbaycan Respublikasının Qanunu

sahənin hüquqi bazasının təkmilləşdirilməsi

2007

Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi
aidiyyəti dövlət orqanları ilə birgə

1.1.7.

«Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu

sahənin hüquqi bazasının təkmilləşdirilməsi

2007

Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə

1.1.8.

«Dənizçi pasportu haqqında Əsasnamə»nin layihəsi

sahənin hüquqi bazasının təkmilləşdirilməsi

2007-ci ilin birinci yarısı

Nazirlər Kabineti, Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə

1.2.

Biometrik eyniləşdirmə sistemi ilə bağlı yeni normativ hüquqi aktların hazırlanması

 

 

 

1.2.1.

«Fərdi məlumatlar haqqında» Azərbaycan Respublikası Qanunun layihəsi

fərdi məlumatların informasiya sistemlərində işlənməsi ilə əlaqədar insan hüquqlarının qorunması üçün beynəlxalq standartlara uyğun zəruri qanunvericilik əsaslarının yaradılması

2007

Nazirlər Kabineti, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi
aidiyyəti dövlət orqanları ilə birgə

1.2.2.

«Biometrik informasiya haqqında» Azərbaycan Respublikası Qanunun layihəsi

ölkədə tətbiq olunan biometrik göstəricilərin müəyyənləşdirilməsi, biometrik məlumatların toplanması, işlənməsi və istifadəsi qaydalarının, onların tətbiq sahələrinin və mühafizə tələblərinin müəyyən edilməsi

2007

Nazirlər Kabineti, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu aidiyyəti dövlət orqanları ilə birgə

1.2.3.

Sahə üzrə normativ hüquqi aktların, habelə normativ texniki təlimatların hazırlanması, sənədlərin təsviri və spesifikasiyalarının paket halında işlənməsi

sahə üzrə münasibətlərin tənzimlənməsinin kompleks təşkili

2007-2009

Nazirlər Kabineti aidiyyəti dövlət
orqanları ilə birgə

2. Təşkilati-texniki tədbirlər

2.1.

Normativ texniki bazanın işlənməsi

 

 

 

2.1.1.

Biometrik eyniləşdirmə texnologiyalarının öyrənilməsi və müqayisəli təsnifatı, onların tətbiqini nəzərdə tutan müxtəlif biometrik eyniləşdirmə sistemləri üçün qəbul olunmuş beynəlxalq standartların öyrənilməsi, həmin texnologiyaların tətbiqi sahəsində milli standartların hazırlanması və bu standartlara uyğun texnologiyaların, sistemlərin, vasitələrin, üsul və alqoritmlərin sertifikatlaşdırılmasının təşkili

sahə üzrə münasibətlərin tənzimlənməsinin kompleks təşkili

2007-2009

Nazirlər Kabineti, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 iyun tarixli, 120s nömrəli Sərəncamı ilə (2005-ci il 23 may tarixli, 133s nömrəli Sərəncamı ilə edilmiş düzəlişlərlə) yaradılmış Əlaqələndirmə Şurası (bundan sonra Əlaqələndirmə Şurası) aidiyyəti dövlət orqanları ilə birgə

2.1.2.

Biometrik eyniləşdirmə sisteminin elmi-hüquqi əsaslandırılmış formalaşdırma mexanizminin, təhlükəsizlik və istifadə siyasətinin hazırlanması və tətbiqi

əhali və miqrasiya barədə müxtəlif kateqoriyalı paylanmış informasiya resurslarının fərdi identifikasiya nömrəsi və biometrik məlumatlar vasitəsilə uzlaşdırılmasının və əlaqələndirilmiş istifadəsinin təşkili

2007

Nazirlər Kabineti, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi

2.1.3.

Milli informasiya məkanının əhali və miqrasiya üzrə seqmentinin formalaşdırılması konsepsiyasının hazırlanması

sahənin elmi əsaslarla yaradılmasının və davamlı inkişafının təmin olunması, idarəolunmanın təşkili

2007

Nazirlər Kabineti, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Əlaqələndirmə Şurası, Dövlət Miqrasiya Xidməti aidiyyəti dövlət orqanları ilə birgə

2.2.

Sərhədkeçmə və şəxsiyyəti təsdiq edən sənədlərin fərdiləşdirilməsi üzrə informasiya resurslarının formalaşdırılması və təkmilləşdirilməsi

«Giriş-çıxış» AMAS-ın inteqrasiya tələbləri əsasında layihə və texniki tapşırığın işlənməsinin, proqramlaşdırma işlərinin, texniki vasitələrin seçilib qurulmasının və sistemin tətbiqinin təşkili

 

 

2.2.1.

Azərbaycan Respublikası vətəndaşının pasportları üzrə

2.2.1.1.Pasportların hazırlanması və istehsalı ilə bağlı işlərin təşkili, aparılması və biometrik eyniləşdirmənin tələbləri əsasında istehsalının təmin edilməsi

2007-2008

İqtisadi İnkişaf Nazirliyi, Əlaqələndirmə Şurası

2.2.1.2. «Giriş-çıxış» AMAS-ın pasportlar üzrə altsisteminin təkmilləşdirilməsi və onun vahid infrastrukturu əsasında əhalinin biometrik pasportlarla təmin edilməsi

2008-2009

Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əlaqələndirmə Şurası

2.2.2.

Dənizçi pasportu üzrə

sənədlərin biometrik texnologiyalar əsasında istehsalı və fərdiləşməsinin təşkili və «Giriş-çıxış» AMAS-la inteqrasiyasının təmin edilməsi

2007

Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası, Ədliyyə Nazirliyi, Əlaqələndirmə Şurası

2.2.3.

Mülki hava nəqliyyatında aviasiya personalına verilən sənədlər üzrə

mülki hava nəqliyyatında verilən sənədlərə (aviasiya personalına, mühəndis (texnik), hava hərəkəti dispetçerinə və s. verilən sənədlər) onların sahibi haqqında müəyyən biometrik məlumatların daxil edilməsi və «Giriş-çıxış» AMAS-la inteqrasiyasının təmin edilməsi

2010-2012

Dövlət Mülki Aviasiya Administrasiyası, «Azərbaycan Hava Yolları» DK, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə

2.2.4.

Beynəlxalq avtomobil yükdaşıma vasitələrinin sürücülərinə verilən sənədlər üzrə

sənədlərin biometrik texnologiyalar əsasında istehsalı və fərdiləşməsinin təşkili və «Giriş-çıxış» AMAS-la inteqrasiyasının təmin edilməsi

2010-2012

Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə

2.2.5.

Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi üzrə

mövcud infrastrukturun resursları, inteqrasiya və biometrik eyniləşdirmənin tələbləri əsasında sənədlərin istehsalı və fərdiləşməsinin təşkili

2008-2009

Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi, Əlaqələndirmə Şurası

2.2.6.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi üzrə

«Giriş-çıxış» AMAS-ın şəxsiyyət vəsiqələri üzrə altsisteminin təkmilləşdirilməsi və onun vahid infrastrukturu əsasında biometrik eyniləşdirmə sisteminin tətbiqinin təşkili

2010-2012

Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əlaqələndirmə Şurası

2.2.7.

Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi üzrə

mövcud infrastrukturun resursları, inteqrasiya və biometrik eyniləşdirmənin tələbləri əsasında sənədlərin istehsalı və fərdiləşməsinin təşkili

2010-2012

Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi, Əlaqələndirmə Şurası

2.2.8.

Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbiyə verilən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə üzrə

«Giriş-çıxış» AMAS-ın əcnəbilərin vəsiqələri üzrə altsisteminin təkmilləşdirilməsi və onun vahid infrastrukturu əsasında əcnəbilərin müvafiq biometrik sənədlərlə təmin edilməsi

2010-2012

Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əlaqələndirmə Şurası

2.2.9.

Sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin texniki pasportu və biometrik etibarnamə üzrə

sənədlərin biometrik texnologiyalar əsasında istehsalı və fərdiləşməsinin təşkili və «Giriş-çıxış» AMAS-la inteqrasiyasının təmin edilməsi

2010-2012

Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə

2.2.10.

Nəqliyyat biletləri və baqaj sənədləri üzrə

sənədlərin biometrik texnologiyalar əsasında istehsalı və fərdiləşməsinin təşkili və «Giriş-çıxış» AMAS-ın müvafiq resursları ilə əlaqələndirilməsinin təşkili

2010-2012

Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə

2.2.11.

Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsi üzrə

mövcud infrastrukturun resursları, inteqrasiya və biometrik eyniləşdirmənin tələbləri əsasında sənədlərin istehsalı və fərdiləşməsinin təşkili

2008-2009

Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə

2.2.12.

Azərbaycan Respublikasında daimi yaşayan şəxsə verilən immiqrant vəsiqəsi üzrə

sənədin biometrik texnologiyalar əsasında istehsalı və fərdiləşməsinin təşkili və «Giriş-çıxış» AMAS-la inteqrasiyasının təmin edilməsi

2010-2012

Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi, Əlaqələndirmə Şurası

2.3.

Biometrik texnologiyaların tətbiqi sahələrinin genişləndirilməsi

 

 

 

2.3.1.

«Elektron sağlamlıq kartı» ilə «Giriş-çıxış» AMAS-ın informasiya mübadiləsinin təmin olunması, zəruri proqram-texniki vasitələrin hazırlanması və tətbiqi

«Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)» çərçivəsində həyata keçirilən bu layihədə Biometrik eyniləşdirmə sisteminin tələbatının nəzərə alınması üçün işlərin əlaqələndirilməsi, şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi zamanı müvafiq məlumatların (qan qrupu, gözünün rəngi, boyu və s.) «Elektron sağlamlıq kartı»ndan əldə olunması

2007-2008

Səhiyyə Nazirliyi, Əlaqələndirmə Şurası, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu aidiyyəti dövlət orqanları ilə birgə

2.3.2.

Strateji əhəmiyyətli və xüsusi mühafizə rejimli obyektlərin, o cümlədən hava, su, dəmiryolu nəqliyyat vasitələrinin, qurğularının, qovşaqlarının qorunması üçün texniki tələblərin müəyyənləşdirilməsi

nəqliyyat vasitələrinin, qurğularının, qovşaqlarının və obyektlərinin mühafizəsi, beynəlxalq daşımaların təşkili, onların nəzarət olunması sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və müasir biometrik texnologiyalar vasitəsilə təkmilləşdirilməsi

2008-2012

Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə

2.3.3.

Yükdaşımaların təhlükəsizliyini gücləndirən proqram-texniki vasitələrin hazırlanması və tətbiqi

yüklərin plomblanmasının və daşınma marşrutuna nəzarətin müasir biometrik texnologiyalar vasitəsilə təkmilləşdirilməsi

2008-2010

Nazirlər Kabineti aidiyyəti dövlət orqanları ilə birgə

2.3.4.

Mobil biometrik eyniləşdirmə və sorğu terminallarının hazırlanması və tətbiqi

səlahiyyətli dövlət orqanlarının xüsusi texnika ilə təminatının təkmilləşdirilməsi

2007-2008

Nazirlər Kabineti, Əlaqələndirmə Şurası

2.3.5.

Kütlədən şəxsin şəklinə görə real vaxt rejimində tanınması sisteminin tətbiqi

axtarışda olan şəxslərin kütləvi toplantı və gediş-gəliş yerlərində xüsusi proqram-texniki vasitələrlə şəkillərinə görə tanınması və mərkəzdən müşahidə olunması

2007-2009

Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Nəqliyyat Nazirliyi, Əlaqələndirmə Şurası aidiyyəti dövlət orqanları ilə birgə

2.4.

Milli biometrik identifikasiya və verifikasiya servisinin yaradılması

 

 

 

2.4.1.

Şəkil və barmaq izi üzrə identifikasiya və verifikasiya servislərinin yaradılması

formalaşmış informasiya resurslarında şəkil və barmaq izi əsasında axtarış və müqayisə imkanlarının təmin edilməsi

2007-2008

Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Əlaqələndirmə Şurası

2.4.2.

Səs üzrə identifikasiya və verifikasiya servisinin yaradılması

formalaşmış informasiya resurslarında səs əsasında axtarış və müqayisə imkanlarının təmin edilməsi

2008-2012

Milli Təhlükəsizlik Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu aidiyyəti dövlət orqanları ilə birlikdə

2.4.3.

DNT üzrə identifikasiya və verifikasiya servisinin yaradılması

DNT-nin tətbiqi üzrə mərkəzin və milli informasiya bankının yaradılması

2008-ci ildən başlayaraq

Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə

2.4.4.

Milli fərdi identifikasiya nömrələri servisinin təkmilləşdirilməsi

tətbiq olunan fərdi identifikasiya nömrələrinin unikallığının təmin olunması, eyni şəxsə ayrı adla yeni sənədlərin verilməsinin biometrik məlumatlar əsasında yoxlanılması və qarşısının alınması

2007-ci ildən başlayaraq

Ədliyyə Nazirliyi, Əlaqələndirmə Şurası

2.4.5.

Şəxsiyyət vəsiqəsi və şəxsiyyəti təsdiq edən digər sənədlərin verilməsi üçün zəruri məlumatlar üzrə (doğum, nikah, yaşayış yeri, qan qrupu, gözün rəngi, boyun uzunluğu, ödənilmiş dövlət rüsumları haqqında və s.) müvafiq dövlət orqanlarının elektron informasiya resursları ilə «Giriş-çıxış» AMAS-ın məlumat mübadiləsi texnologiyasının işlənib tətbiq olunması

toplanan informasiyanın dəqiqliyinin təmin olunması, müvafiq informasiya resurslarının səmərəsinin, işin operativliyinin və əhaliyə xidmət səviyyəsinin artırılması, verilən sənədə ödənilən xərcin azaldılması

2008-ci ildən başlayaraq

Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, Əlaqələndirmə Şurası

2.5.

Təhlükəsizliyin gücləndirilməsi üzrə əlavə tədbirlər

 

 

 

2.5.1.

Biometrik eyniləşdirmə sisteminin xüsusi informasiya mübadiləsi şəbəkəsinin yaradılması və təkmilləşdirilməsi, müvafiq beynəlxalq informasiya resursları ilə mübadilənin təşkili

sistemin seqmentləri arasında informasiya mübadiləsinin təşkili

2007-ci ildən başlayaraq

Nazirlər Kabineti aidiyyəti dövlət orqanları ilə birgə

2.5.2.

Beynəlxalq təcrübənin mütəmadi öyrənilməsinin və kadr hazırlığının təşkili, tədris mərkəzinin yaradılması

sistemin beynəlxalq standartlara uyğun yaradılmasının və inkişafının, bunun üçün yüksək ixtisaslı kadrlarla təmin olunmasının təşkili

2007-ci ildən başlayaraq

Nazirlər Kabineti, Əlaqələndirmə Şurası, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu aidiyyəti dövlət orqanları ilə birgə

2.5.3.

Elektron imza texnologiyasının tətbiqi, korporativ sistemin açıq açarlar infrastrukturunun və sertifikat mərkəzinin qurulmasına dair təkliflərin hazırlanması, kriptoqrafik vasitələrin seçilib tətbiq olunmasının təşkili, təhlükəsizlik üzrə sınaqların keçirilməsi

sistemdə mühafizəli informasiya mübadiləsinin təmin edilməsi

2007-ci ildən başlayaraq

Nazirlər Kabineti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, Əlaqələndirmə Şurası aidiyyəti dövlət orqanları ilə birgə