Mamalıq ağırlaşmaları hallarının təhlili üzrə işçi qrupunun toplantısı keçirilmisdir

 14.12.2016-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” imzalanmış əmrinin icrası çərçivəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin 05.04.2016-cı il tarixli əmri ilə yaradılmış “Hamiləlik, doğuş və zahılıq dövrlərində ölümlə nəticələnməyən mamalıq ağırlaşmaları hallarının təhlili üzrə işçi qrupu”nun toplantısı keçirilmisdir.

Tədbirdə doğuşayardım stasionarında, eləcədə antenatal xidmət göstərən tibb müəssisələrinə müraciət etmiş, eyni zamanda sonrakı günlərdə ağırlaşmış mamalıq və ekstragenital patologiyası olan hamilə (doğan və zahı) qadınlar haqqında əvvəlcədən toplanmış məlumatlar təhlil olunmuşdur.

Eyni zamanda Bakı şəhərində doğuşayardım xidməti göstərən tibb müəssisələrində hamiləlik, doğuş və zahılıq araşdırmalarının qarşısının alınması məqsədi ilə keçirilmiş monitorinqin nəticələri müqayisə edilmiş və onun əsasında təkliflər irəli sürülmüşdür.

16 Dekabr 2016
Bu mətn 401 dəfə oxunub