Elektron səhiyyə mövzusuna həsr olunmuş iclas

  Tbilisidə “Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında “Rəqəmsal bazarların uyğunlaşdırılması” təşəbbüsü çərçivəsində konfrans keçirilib.

Elektron səhiyyə mövzusuna həsr olunmuş iclasda Azərbaycan nümayəndə heyəti iştirak edib. İclasda Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığına daxil olan 6 ölkə arasında ticarət əlaqələrinin rəqəmsallaşdırılması və uyğunlaşdırılması məsələləri diqqət mərkəzində olub. Bildirilib ki, Azərbaycan bu təşəbbüsə qoşulduqdan sonra müəyyən olunmuş istiqamətlər üzrə bir sıra tədbirlər görür. Səhiyyə Nazirliyi İnformasiyalaşdırma Mərkəzinin məsul əməkdaşı Emin İsmayılov “Azərbaycanda səhiyyənin informasiyalaşdırılması” mövzusunda məruzə ilə çıxış edib, ölkəmizdə rəqəmsal səhiyyənin inkişafı barədə məlumat verib.

1 Mart 2017
Bu mətn 2110 dəfə oxunub