Respublika Narkoloji Mərkəzi marifləndirici tədbirlərin keçirilməsini davam etdirir

  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının aidiyyəti bəndlərinin icrası ilə məqsədi ilə Respublika Narkoloji Mərkəzinin təşəbbüsü ilə növbəri marifləndirici tədbirlər həyata keçirilmişdir.

02.03.2017-ci il tarixində Dövlət Sərhəd Xidməti Akademiyasında “Sərhədçilərimiz sağlam həyat naminə” adı altında həyata keçirilən tədbirdə Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri kursantlara narkotik vasitələrin yaratdığı sosial problemlər mövzusunda geniş məlumat verdilər. Çıxışdan sonra narkomaniyadan əziyyət çəkən insanların yaşadığı iztirablı həyatları, qarşılaşdıqları çətinliklər haqqında çəkilən film nümayiş olundu.

Sonra Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri narkotik vasitələr, onların növləri və insan orqanizmində yaratdığı fəsadlar haqında təqdimatla çıxış etdilər. Təqdimat bitdikdən sonra təqdimat ətrafında müzakirələr olundu və təkliflər bildirildi. Akademiyanın şəxsi heyyətlə iş üzrə əməkdaşı gələcəkdə səhrəd xidmətinin əməkdaşlarından, ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin keçirilməsinin qarşısının alınmasında daha diqqətli olmağı qarşılarına məqsəd qoymağı tələb etdi. Tədbir kursantları maraqlandıran sualların cavablandırılması ilə davam etdi. Sonda Respublika Narkoloji Mərkəzinin təşəbbüsü ilə çəkilmiş “Dinlə” adlı klip nümayış olundu və tədbir başa çatdı.

Növbəti tədbir 13.03.2017-ci il tarixində Azəbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında keçirilmişdir. “Ağ ölümdən özünüzü qoruyun” şüarı altında keçirilən tədbirdə Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri kursantlara narkotik vasitə istifadəçilərinin ilkin əlamətləri, onların vaxtında aşkarlanma üsulları haqqında geniş məlumat verdilər. Çıxışda sonra narkomaniyadan əziyyət çəkən insanların yaşadığı iztirablı həyatları, qarşılaşdıqları çətinliklər haqqında çəkilən film nümayiş olundu. Həmçinin, kursantlara hal-hazırda ölkədə ən çox rast gəlinən narkotik vasitələr, onların növləri və insan orqanizmində yaratdığı fəsadlar, haqında məlumat verildi.

Təqdimat bitdikdən sonra təqdimat ətrafında müzakirələr olundu və təkliflər bildirildi. Sonra Akademiyanın həkimi kursantlara öz tövsiyələrini verdi. Akademiyanın şəxsi heyyətlə iş üzrə əməkdaşı gələcəyin əsayiş keşikçilərinə vicdanla öz üzərlərinə düşən vəzifələri yerinə yetirmələrini tələb etdi. Tədbir kursantları maraqlandıran sualların cavablandırılması ilə davam etdi.

Digər tədbirlər 14.03.2017-ci il tarixində H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində və 21.04.2017-ci il tarixində Azərbaycan Respublikası Daxili Qoşunların Baş İdarəsində keçirilmişdir.

26 Aprel 2017
Bu mətn 610 dəfə oxunub