Mərkəzi Neftçilər Xəstəxanasında “Açıq qapı” aksiyası keçirildi

  Mərkəzi Neftçilər Xəstəxanasında “Açıq qapı” aksiyası keçirilib.

Aksiya görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günü münasibəti ilə tətbiq edilib.

Mərkəzin mütəxəssisləri tərəfindən 215 nəfərin oftalmoloji müayinələri aparılıb. Müraciət edən müharibə əlilləri və şəhid ailələrindən olan 10 şəxsə təmənnasız müxtəlif səpkili oftalmoloji əməliyyatlar icra olunacaq.

27 Aprel 2017
Bu mətn 155 dəfə oxunub