Türkiyənin İstanbul şəhərində HİMSS Türkiyə 2017- Elektron Səhiyyə üzrə beynəlxalq konfrans keçirilmişdir.

  11-13 may 2017-ci il tarixində Türkiyənin İstanbul şəhərində HİMSS Türkiyə 2017- Elektron Səhiyyə üzrə beynəlxalq konfrans keçirilmişdir. OradaTürkiyədən, Avropadan və digər region ölkələrindən 1000-dən çox səhiyyə və klinika mütəxəssisləri, şirkət rəhbərləri, investorlar və Elektron Səhiyyə mütəxəssisləri iştirak etmişdir. Konfransın əsəs məqsədi Səhiyyə dünyasının daim dəyişən və inkişaf edən Səhiyyə informatika səhəsində yeni əlavələr və lahiyələrin tətbiqi olmuşdur. Tədbir zamanı müxtəlif treninqlər, seminarlar, dəyirmi masalar təşkil olunmuş və gələn qonaqlardan müsahibələr alınmışdır. Çıxış edənlərin sırasında HİMSS-in dünya üzrə icracı direktoru Stefen Liber, Türkiyə Səhiyyə nazirinin müavini professor Eyup Gümüş, Türkiyə Səhiyyə informatika sistemlərinin baş direktoru Dr.Mahir Ülgü, Səhiyyə nazirliyinin baş müşaviri Dr. Şuayip Birinci və digər mütəxəssislər olmuşdur. Azərbaycan tərəfindən Səhiyyə nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə iştirak etmişdir. O, öz müsahibəsində konfransın önəmli və faydalı olduğunu qeyd etmiş, bu sahədə qardaş Türkiyə ölkəsinin Səhiyyə nazirliyi ilə birgə iş fəaliyətini davam etdirmək təklifini irəli sürmüş, HİMSS Türkiyə 2017 təşkilatçılarına minnətdarlığını bildirmiş və belə tədbirin gələcəkdə Azərbaycanda da keçirilməsini arzulamışdır.

19 May 2017
Bu mətn 257 dəfə oxunub