İSİM-də “dəyirmi masa keçirildi

  14 iyul 2017-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Sağlamlığı təşviq edən Məktəblər” (School Health Education - SHE) beynəlxalq layihəsinin Azərbaycanda yaradılması istiqamətində növbəti tədris ilinin Fəaliyyət Planı üzrə görüləcək işlərin müzakirəsinə dair dəyirmi masa keçirilib. Tədbirdə Səhiyyə Nazirliyinin, Təhsil Nazirliyinin nümayəndələri, məktəb direktorları və 177, 149, 110 və 5 saylı tam orta məktəblərdən olan layihə üzrə işçi qruplarının nümayəndələri və İSİM-in əməkdaşları iştirak ediblər.

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin rəhbəri layihə ilə bağlı ətraflı məlumat verib. Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətində ayrılmaz hissəyə çevrilib. Məktəblərdə sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas məqsədi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına kömək etməkdir.

Tədbirdə iştirak edən 177, 149, 110 və 5 saylı tam orta məktəblərdən olan işçi qrupları üçün İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin rəsmisi Azərbaycanda yaradılması istiqamətində növbəti tədris ili üçün nəzərdə tutulmuş Fəaliyyət Planından, “Sağlamlığı təşviq edən Məktəblər” layihəsinin Təhsil Nazirliyi tərəfindən məktəblərdə həyata keçirilən “Sağlam Təhsil - Sağlam Millət” layihəsinə dəstək olacağından danışdı.

“Azərbaycanda məktəblilərin sağlamlıq vəziyyətinə ümumi baxış” adlı təqdimatda uşaqların sağlam qidalanması, sağlam davranışları ilə bağlı cari vəziyyəti iştirakçıların diqqətinə çatdırdı.

17 İyul 2017
Bu mətn 241 dəfə oxunub