ATU-nun Virtual Test Mərkəzində 41 baza üzrə rezidentlər üçün dövrü attestasiya imtahanı keçirilib

  Azərbaycan Tibb Universitetinin (ATU) Virtual Test Mərkəzində Azərbaycan Respublikasının 41 bazası üzrə (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) rezidentlər üçün dövrü attestasiya imtahanı keçirilib.

ATU-nun Rezidentura şöbəsinin müdiri, dosent Rizvan Məmmədovun sözlərinə görə, 41 baza üzrə 144 fəndən test imtahanları hazırlanıb, apelyasiya komissiyası yaradılıb: "İmtahan 2 gün davam edib. Bu il rezidenturaya daxil olanları nəzərə almasaq, ümumilikdə 1728 rezidentimiz var. 1728 nəfərdən iki gün ərzində 990 nəfər rezident imtahan verib. 45 nəfəri imtahandan kəsilib. Onlar üçün bir ay sonra yenidən imtahan keçiriləcək. Onu da deyim ki, imtahanla bağlı apelyasiya müraciəti olmayib".

Qeyd edək ki, bir necə aydan sonra rezidentlərin buraxılış imtahanı keçiriləcək.

9 Oktyabr 2017
Bu mətn 300 dəfə oxunub