"Beynəlxalq həkim günü”nə həsr olunmuş tədbir keçirilib

  Hər il oktyabr ayının 3-də dünyanın bir çox ölkələrində Beynəlxalq həkim günü qeyd olunur. Bu gün dünya həkimlərinin həmrəylik və aktiv fəaliyyətlər günü hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) və “Sərhədsiz həkimlər” beynəlxalq tibbi-humanitar təşkilatı bu bayramın təşəbbüskarları kimi çıxış ediblər. Bu peşə bayramında tibb sahəsində dair müxtəlif seminarlar, sərgi və təqdimatlar keçirilir.

Bu gün münasibəti ilə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında da "Beynəlxalq həkim günü”nə həsr olunmuş tədbir keçirilib. Toplantıda ATU-nun Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahiyyə şöbəsinin rəhbəri M.Əliyev çıxış edərək tədbir iltirakcılarına, tələbələrə hər il yzlərlə tibb işcisi yetişdirə ATU haqqında geniş məlumat Verdi. Bildirdi ki, Azərbaycan Tibb Universiteti - minlərlə tələbəni öz ətrafında birləşdirən, əhalinin sağlamlığının keşiyində duran peşəkar həkim və mütəxəssislər, elmi işçilər yetişdirən təhsil və elm ocağıdır.

Azərbaycan Tibb Universiteti zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanaları, xəstəxana və klinikaları ilə Azərbaycanın ən iri təhsil və elm ocaqlarından biridir.

Universitetimizin 4 klinikası fəaliyyət göstərir. Bu klinikalarda müalicə və müayinələlə, müxtəlif elmi təcrübələrlə yanaşı eyni zamanda klinika şəraitində dərslər kecirilir.

Professor sonra Beynəlxalq Həkim gününün mahiyyəti və əhəmiyyəti haqqında da danışıb. Qeyd edib ki, bu gün bütün dünya həkimlərinin həmrəylik və birliyi nümayiş etdirilir. Bunu həm də tibb dünyası, sağlam həyat tərzinin təbliği ilə bağlı maarifləndirmə günü kimi də vurğulamaq olar.

4 Oktyabr 2017
Bu mətn 231 dəfə oxunub