Amerikalı tibb mütəxəssisləri ATU-nun Tədris Cərrahiyyə Klinikasında qonaq oldular

  Bu gün amerikalı tibb mütəxəssisləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında qonaq olublar. Görüş zamanı klinikanın direktoru, professor Surxay Hadıyev qonaqlara rəhbərlik etdiyi müəssisənin işi haqqında məlumat verib.

S.Hadıyev bildirdi ki, ATU-nun Tədris Cərrahiyyə Klinikası 2013-cü ildən etibarən fəaliyyət göstərir. Direktor klinikanın bütün Azərbaycanda xəstələrə yüksək keyfyyətli tibbi yardım göstəildiyni bildirdi.

Beynəlxalq işlər üzrə prorektor Nadir Zeynalov ATU-nun ölkədə yeganə tibb təhsili verən ali məktəb olduğunu bildirdi. Qeyd etdi ki, Tibb Universiteti hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanası, klinika və laboratoriyaları ilə Azərbaycanın ən iri elm və tibb ocağıdır: “ATU-nun hazırda mövcud olan 4 klinikaları ilə yanaşı, 6 tədris binası, inzibati binası, 1700 yerlik 6 tələbə yataqxanası vardır. Təkcə 11 mərtəbəli müasir tipli tədris binası 2500 tələbəni qəbul etmək imkanına malikdir. Burada universitetin bir sıra nəzəri kafedraları, internet mərkəzi, 1 milyona yaxın kitab ehtiyatı olan unikal kitabxanası və "Təbib" nəşriyyatı yerləşir”.

ABŞ Səfirliyinin tibbi məsləhətçisi Stiv Stonhaus artıq 10 ildir Bakıda işlədiyini və ATU-nun fəaliyyəti ilə yaxından tanış olduğunu söylədi. O, Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi və pasiyentlərin yüksək keyfiyyətli tibbi xidmətdən istifadəsinin yaxşılaşdırılması sahəsində ATU-nun kinikalarının böyük töhfəsi olduğunu bildirdi.

ABŞ-ın Vanderbilt Universitetinin neonatoloqu, professor Skot Qatri (Guthrie) Bakıya artıq ikinci səfəri olduğunu, son illər ərzində paytaxtın həddən artıq dəyişdiyini vurğunluqla qeyd etdi. O, səfər zamanı Azərbaycanın tibb müəssisələrində neonatalogiya şöbələri ilə tanış olacağını bildirdi. Porfesor Guthrie uşaqlara tibbi yardım sahəsində fəlaiyyət göstərən tibb işçilərinin təlim prosesinin islahatı və inkişafında maraqlı olduğunu bildirdi.Görüşdə qonaqların iştirakı ilə ATU-da seminar keçirilməsinə dair ilkin razılıq əldə olundu, tədbirin təfərrüatları ilə bağlı müzakirələr aparıldı.

Görüşdə ATU-nun neanatologiya kafedrasının müdiri, professor Səfixan Həsənov və ATU-nun Tədris Cərrahiyyə Klinikasının neonatologiya şöbəsinin müdiri Səadət Yaqubova iştirak edirdilər. Görüşdən sonra qonaqlar Tədris Cərrahiyyə Klinikasının neonatologiya şöbəsinə, simulasiya mərkəzinə baxış keçiriblər.

31 Oktyabr 2017
Bu mətn 111 dəfə oxunub