“Hamiləlik və nevroloji problemlər” mövzusunda seminar keçirilib

 2017-ci il noyabrın 13-də Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) və “Gələcək Nəsil” valideynlər klubunun birgə təşkilatçılığı ilə “Hamiləlik və nevroloji problemlər” mövzusunda seminar keçirilib. Seminar “Gələcək Nəsil” valideynlər klubunda fəaliyyət göstərən “Hamiləlik məktəbi”ndə RMDM-in həkim-nevropatoloqu A. Aksyonov tərəfindən təqdim edilib.

A.Aksyonov seminarda hamiləlik zamanı baş ağrılarına diqqəti çəkib, bu ağrılar zamanı müalicənin aparılmasından və əsas profilaktik üsullardan söhbət açıb.

“Hamiləlik və epilepsiya” mövzusuna toxunan nevropatoloq epileptik tutmalara nəzarətin vacibliyini vurğulayıb. Həmçinin hamiləlik zamanı bel ağrılarının yaranma səbəbləri barədə də məlumat verilib.

Təqdimatın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

15 Noyabr 2017
Bu mətn 598 dəfə oxunub