Sağlam gələcək naminə növbəti addım: 15 uşaq gələcəkdə sonsuzluq riskindən cərrahi əməliyyatla qurtulub

 Ölkəmizdə uşaq sağlamlığının qorunması hər zaman diqqət mərkəzindədir. Bu sahədə növbəti addım bu günlərdə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində atılıb. Əməliyyata dair məlumat verən şöbə müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad ŞOLAN bildirib ki, bir gündə 15 kriptorxizmli uşaq üzərində orxipeksiya əməliyyatı həyata keçirilib.

Kriptorxizm uşaqlarda çox geniş yayılmış xəstəlikdir. Kriptorxizmli uşaqlar bir yaşa qədər əməliyyat olunmalıdırlar ki, gələcəkdə sonsuzluq problemi yaşamasınlar.

Əməliyyat edilən hər bir uşaq diqqətli şəkildə araşdırıldıqdan sonra əməliyyata götürülüb. Bəzi uşaqlarda əvvəl keçirdikləri uğursuz əməliyyat nəticəsində problem təkrarlanmışdı deyə, bu təkrar əməliyyatlar daha mürəkkəb olub. Bütün bunlara baxmayaraq, heç bir xəstədə problem qeydə alınmayıb. Xəstələr eyni gündə və ya ertəsi gün evə buraxılıb.

21 Noyabr 2017
Bu mətn 1360 dəfə oxunub