Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

  24 noyabr 2017-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyinə Cərrahiyyə fakultəsində son üç ay müddətində müdavimlərin kurslara cəlb olunması, Terapiya və tibbi profilaktika fakultələrində son üç ay müddətində müdavimlərin kurslara cəlb olunması və s. məsələlər daxil edilmişdi.

İlk mövzu üzrə cərrahiyyə fakultəsinin dekanı dosent S.Z.Əliyev çıxış edərək bildirdi ki, 2017/18-ci tədris ilinin ilk 3 ayı ərzində cərrahiyyə fakultəsi üzrə kursların komplektləşdirmə planının yerinə yetirilməsi aşagıdakı kimi olmuşdur: plan-570, cəlb edilib - 628 müdavim (110,2%). Xaric olunan müdavim sayı - 2 nəfər.

Davamlı tibbi təhsil üzrə pilot kafedralara müdavimlərin cəlb olunması sahəsində işlər görülür. Beləki, həmin kafedralar üzrə kursların komplektləşdirmə planlarının yerinə yetirilməsi 79,3% olmuşdur. Belə ki, cərrahiyyə fakultəsi üzrə plan-222 müdavim idisə, cəlb edilənlər 176 müdavim olmuşdur (79,3%).

Qeyd edildi ki, pilot kafedralarda komplektasiya prosesi Səhiyyə Nazirinin davamlı tibbi təhsilə həsr olunmuş 45 saylı 20 iyun 2017-ci il tarixli əmrinin yerlərdə tam həcmdə icra olunmadığını göstərir. Müəssisə rəhbərlərinin nəzərinə bir daha çatdırılmalıdır ki, davamlı tibbi təhsil prosesində həkimlər müntəzəm olaraq, yəni əksər hallarda ildə bir dəfə ixtisasartırma kurslarından keçməlidirlər.

Gündəlikdə olan ikinci məsələ üzrə tibbi profilaktika fakultəsinin dekanı dosent K.M.Kərimova çıxış edərək 2017/18-ci tədris ilinin ilk 3 ayı ərzində terapiya və tibbi profilaktika fakultələri üzrə kursların komplektləşdirmə planının yerinə yetirilməsi haqqında məlumat verdi.

İclas zamanı gündəliyə daxil olan digər məsələlərə baxılmışdır.

28 Noyabr 2017
Bu mətn 607 dəfə oxunub