Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda konfrans keçirilib

  24 Noyabr 2017-ci il tarixində Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda xarici qonaqların iştirakı ilə “Mieloproliferativ xəstəliklər (MPX): mielofibroz (MF) və həqiqi polisitemiya (HP)” mövzusunda Elmi-Tədris konfransı keçirilib.

Konfransda ET Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva, ET Hematologiya və Transfuziologiya İnstitutunun “Hemopoezin patologiyası” şöbəsinin rəhbəri, Səhiyyə Nazirliyinin Baş Hematoloqu Çingiz Əsədov, Russiya Federasiyasının Müdafiyə Nazirliyinin Burdenko adına Mərkəzi Hospitalının hematologiya şöbəsinin rəhbəri professor Oleq Rukovitsin iştirak ediblər.

Tədbirdə MPX epidemiologiyası, MF və HP üzrə ölkədə olan vəziyyət, Mielofibroz – müalicə və diaqnostikasının əsas prinsipləri, beynəlxalq klinik tövsiyyələrinə baxış, MF zamanı target terapiyanın istifadəsi, Mielofibrozun target terapiyasında şəxsi təcrübə, Həqiqi polisitemiyanın diaqnostikası, müalicəyə müasir yanaşma kimi mövzular ətrafında məruzələr dinlənilmişdir.

Konfrans çərçivəsində bir sıra klinik məsələlərin müzakirəsi aparıldı.

1 Dekabr 2017
Bu mətn 819 dəfə oxunub