Ortopedik stomatologiya kafedrasında tələbələr üçün aktual mövzuda seminar keçirilib

  Azərbaycan Tibb Universitetinin (ATU) ortopedik stomatologiya kafedrasında müxtəlif aktual mövzularda elmi seminarların keçirilməsi artıq ənənə halını alıb. “Metalsız keramika altında dişlərin yonulması” mövzusundakı növbəti tədbir dekabrın 2-də baş tutub.

Bildirilib ki, stomatologiyaya dair Azərbaycan dilli ədəbiyyatda dişlərin müasir metodlarla yonulma qaydalarında hazırda yeniliklər mövcuddur. Müasir dövrdə dişlərin qapaq altı üçün yonulma qaydaları dəyişib. Çünki hazırda işlədilən materiallar, həm estetik tələblər dəyişir. Müasir stomatologiyadakı materiallar yeni yanaşma tələblər də dəyişib. Yeni yanaşmanın bir növü metalsız keramik qapaqlar üçün dişlərin yonulması qaydalarıdır.

ATU-nun ortopedik stomatologiya kafedrasında dərslərin aparılması, treninqlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Dərs proqramı yenilənib ki, bu proqramın əsasını müasir metodların təbliği təşkil edir. Yəni, həm bacarıq, həm nəzəriyyə, həm də təcrübəyə önəm verilir. Yeni proqram sayəsində tələbələr seminarda bəhs edilən mövzunu dərsdə də keçə biləcəklər.

Tədbirdə ATU-nun stomatologiya fakültəsinin dekanı, yuxarı kurs tələbələri və rezidentlər iştirak ediblər. Sonda təlimçilər tələbə və rezidentlərin bütün suallarını cavablandırıblar.

5 Dekabr 2017
Bu mətn 82 dəfə oxunub