Uşaq Bərpa Mərkəzində Dəyirmi masa keçirildi

  Dövlətimiz ictimaiyyətin ən böyük problemlərindən olan fiziki sağlamlığı məhdud olan uşaqları həmişə himayə edir,məqsədyönlü və humanist siyasət aparır,onlara xüsusi həssaslıqla yanaşır.

Azərbaycan regionda əlliyi olan şəxslərin hüquqları haqqında BMT Konvensiyasını ilk ratifikasiya edən ölkələr arasındadır. Əlil uşaqların hüquqlarının müdafiəsi daim diqqət tələb edən sahələrdən biridir. Əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal yaşayışı, sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, reablitasiyası, əliliyi olan uşaqların sosial müdafiəsi ,eləcə də onların ictimai həyatın bütün sahələrində iştiraki və layiqli həyat sürmələri üçün lazımi şəraitin yaradılması ölkəməzin Konistitusiyasında,əsas strateji sənədi olan “Azərbaycan 2020 gələcəyə baxış“ İnkişaf Konsepsiyasında, müvafiq hüquqi-normativ sənədlərdə də təsbit olunmuşdur.

Azərbaycanda yaşayan hər bir uşağa xüsusən sağlamlıq imkanları məhdud uşaqlara dövlət qayğısının barış nümunələrindən biri də UBMM dir Mərkəz 1988-ci ildən fəaliyyətdədir.

Mərkəzin fəaliyyətinə dair bu gün Dəyirmi masa keçirilib. Bildirilib ki, mərkəz Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2014-cü ildə əsaslı təmir olunub və Səhiyyə Nazirliyi tərəfindən müasir reablitasiya avadanlıqları, fizioterapevtik cihazlarla təmin edilib.

Burada Bərpa-müalicə şöbəsi, Fizioterapiya və tibbi bərpa şöbəsi, həmçinin klinik diaqnostik laboratoriya fəaliyyətdədir.

UBMM-nə bərpa müalicəsinə ehtiyaci olan 18 yaşına kimi xəstələr sahə poliklinikaları tərəfindən göndərilirlər. Burada uşaqlar xüsusi prinsiplər əsasında çoxprofilli, yüksək dərəcəli ixtisaslaşdırılmış müalicə kursu keçirlər. Reablitasiya kursu müalicənin mümkün qədər tez başlanılmasına, hər bir xəstəyə fərdi yanaşmaya və çox mərhələli, uzun müddətli bərpa müalicəsinin təşkil edilməsinə əsaslanır. Mərkəzə gələn hər bir pasiyent üçün onun yaşı, xəstəliyinin ağırlıq dərəcəsi, yanaşı xəstəlikləri nəzərə alınmaqla, il ərzində 3-6 mərhələdə fərdi reablitasiya kursu tərtib olunur. Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üzrə Strateji Planına əsasən uşaqlıq dövrünə xas olan əlilliyin profilaktikası və müalicəsi sahəsində aparılan işlər sayəsində UBMM-nə daxil olan 1 yaşına qədər uşaqların sayı əvvəlki illə müqayisədə 40 faiz artıb. Mərkəzdə valideynlərlə də iş aparılır, onlara xəstə uşağın sağlamlığının bərpasına məsuliyyət hissi aşılanır, onların bu prosesdə aktiv surətdə iştrakına səy göstərilir.

Mərkəzdə valideynlərlə də fəal iş aparılır. Belə ki, müalicə tədbirlərində, o cümlədən bədən tərbiyəsi, aktiv terapiya, artterapiya və başqa terapiya prosedurlarında valideynlər də iştirak edir və maariflənirlər. Mütəxəssislərimiz valideynləri məlumatlandırır, müalicəni ev şəraitində davam etdirmək üçün onlara tapşırıqlar verirlər. Mərkəzdə vaxtaşırı “valideynlər günü” keçirilir, valideynlərin təklif və arzuları dinlənilir.

UBMM – ə müraciət edən uşaqlarda sinir sistemi xəstəliklərilə yanaşı digər somatik xəstəliklər də müşahidə edilir. Mərkəzdə yanaşı gedən xəstəliklərin müalicəsi üçün də lazımi şərait yaradılmışdır. Mərkəzin dar ixtisaslı mütəxəssisləri yanaşı gedən xəstəliklərin müalicə olunmasında fəal iştirak edirlər. Bu xəstəliklərin müalicəsində müasir fizioterapiya cihazları, aerozol terapiyası, süni duzlaq şaxtası və digər üsullar geniş istifadə edilir. Sinir sistemi xəstəlikləri olan uşaqlarda eşitmə pozulmaları və nitq qüsurları müşahidə olunur. Bu problemləri həll etmək üçün loqoped və surdoloqoped köməyimizə gəlir.

UBMM – in həkimləri və orta tibb işçilərinin peşə səviyyəsinin və ixtisas dərəcəsinin yüksəldilməsi daim diqqət mərkəzindədir. Bu məqsədlə bir sıra tədbirlər həyata keçirilir. Mütəxəssislərimiz mütəmadi kurslara göndərilir, seminar, təlim və konfranslarda iştirak edirlər.

2014-cü ildən başlayaraq Mərkəzimizdə Səhiyyə Nazirliyi və BMT-nin uşaq fondu UNİCEF –in birgə layihəsi çərçivəsində Beynaxalq İnkişafın Dəstəklənməsi və İzlənilməsi Rəhbərliyinin istifadəsinə dair təlimlər keçirilir.Təlimlər Ankara Universiteti və Mərkəzimizin mütəxəssisləri tərəfindən birgə aparılır.Təlimlərin əsas məqsədi inkişaf çətinliklərinin erkən aşkarlanmasıdır.Təlimlər həm nəzəri,həm praktik hissədən ibarət olur.Təlimlərdə pediatrlar,uşaq nevropatoloqları,uşaq psixiatrları,həmçinin loqoped və psixoloqlar iştirak edirlər.Artıq 300-dən çox həkim standartlaşdırılmış alətin istifadəsi ilə erkən yaşlarda inkişafın qiymətləndirilməsini mənimsəyib.Bundan əlavə 2015-ci ildə mərkəzimizin 5 mütəxəssisi Ankara Universiteti İnkşaf Pediatriyası kafedrası tərəfindən Mərkəzimizdə keçirmiş “Erkən yaşlı uşaqların ailə mərkəzli qiymətləndirilməsi”mövzusunda təlimlərdə istirak edib və hal-hazırda bu qiymətləndirilməni gündəlik işlərində tətbiq edirlər.Uşaqlar arasında inkişafın ləngiməsi hallarının erkən aşkarlanması,vaxtında müdaxilə olunması,reablitasion müalicənin erkən başlanması Respublikamızda əlillik faizinin azaldılması ilə nəticələnə bilər.

2017-ci il dekabr ayına kimi UBMM –də ilkin, gəlişlərin sayı 1798 nəfər təşkil edir.Prosedur gəlişlərin sayı 36280 nəfər təşkil edir.

5 Dekabr 2017
Bu mətn 70 dəfə oxunub