Ulu öndərin xatirəsi hörmətlə anılıb

 Azərbaycan Tibb Universitetində (ATU) Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.



Toplantının əvvəlində ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə acan ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev dünya siyasi elitasında özünəməxsus nüfuz və söz sahibi olan dövlət başçılarından birinin də Heydər Əliyevun olduğunu bildirib. “Respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndərimiz ilk növbədə Azərbaycanın iqtisadiyyatını, onun sənayesini, onun təhsilini, onun səhiyyəsini, mədəniyyətini olduqca yüksək dərəcədə inkişaf etdirib. 1975-ci ildən sonra təhsil sahəsində Azərbaycan gənclərinin SSRİ məkanında təhsilə almağa göndərilməsi və müxtəlif sahələrdə ixtisaslaşmış kadr kimi ölkəmizə qayıtması olduqca böyük bir məsələ idi. Bunlar məhz ümumilli liderin sayəsində mümkün oldu”.

Natiq qeyd etdi ki, etdi ki, müstəqillik dövründə də hakimiyyətə gələn Heydər Əliyev ilk növbədə Azərbaycanın iqtisadi potensialının artması üçün bütün sahələrdə yeniliklər yaradıb.

Daha sonra prorektor, ümummilli liderin müstəqillik dövründə 2 dəfə ATU-ya gəldiyini, onun təhsilə və səhiyyə sahəsinə, xüsusilə Tibb Universitetinə böyük diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.

Daha sonra çıxış edənlər ulu öndərin Azərbaycan xalqı qarşısında çoxsaylı xidmətlərindən, Azərbaycanın rifahı və gələcək inkişafı üçün gördüyü işlərdən danışıblar.

13 Dekabr 2017
Bu mətn 562 dəfə oxunub