AEM-də ulu öndər Heydər Əliyevin xatirəsi yad edildi

  Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət, tarixdə özünə məxsus iz qoyan lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.

Bununla əlaqədar olaraq Mərkəzinin əməkdaşları bir dəqiqəlik sükutla unudulmaz lider Heydər Əliyevin ruhunu yad etmişlər.

Daha sonra ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyi, təhlükəsizliyi və inkişafı uğrunda atdığı mühüm, həlledici addımlarını əks etdirən sənədli filmə baxılmışdır.

Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib.

Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Heydər Əliyevin əziz xatirəsi daim Azərbaycan xalqının qəlbindədir.

13 Dekabr 2017
Bu mətn 676 dəfə oxunub